Modern.az

Parlament Dünya Azərbaycanlılarına müraciət etdi

Parlament Dünya Azərbaycanlılarına müraciət etdi

Parlament

30 Dekabr 2025, 12:28

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciəti səsləndirilib.

Modern.az xəbər verir ki, müraciəti deputat Zaur Şükürov oxuyub.

Müraciət səsə qoyularaq qəbul edilib.

“30 illik işğala son qoyulması Azərbaycanın güclü dövlət olduğunu və Azərbaycan xalqının daim öz dövlətini dəstəklədiyini nümayiş etdirib.

Bugünkü müstəqil Azərbaycan dövləti xalqımızın ən böyük tarixi nailiyyətlərindən biridir. Dünyanın müxtəlif qitələrində məskən salmış soydaşlarımız Azərbaycanın Cənubi Qafqazda lider dövlətə çevrilməsi ilə fəxr edirlər.

Ötən dövrdə əldə edilmiş uğurlar Azərbaycan dövlətinin davamlı olaraq irəliyə getməyə qadir olduğunu göstərir. Azərbaycanın bütün potensialının ortaya çıxarılaraq dünyaya tanıdılması üçün görüləsi işlərimiz çoxdur.

Azərbaycan xalqının varlığı və gələcəyi dünya azərbaycanlılarının birliyindən çox asılıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ