Modern.az

Deputat universitetdə dərs deməyə başladı

Deputat universitetdə dərs deməyə başladı

Parlament

30 Dekabr 2025, 15:43

“Uzun fasilədən sonra, bu tədris ilindən başlayaraq Bakı Mühəndislik Universitetində (BMU) “Dövlət maliyyəsi” fənnini tədris etməyə başladım”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin iqtisadçı deputatı Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, tədris dili həm ingilis, həm də Azərbaycan olan qruplarda dövlət maliyyəsinin nəzəri və praktik tərəflərini tələbələrə çatdırmağa çalışır.

“Tədris zaman qrup müzakirələri, fərdi təqdimatlar, elmi və praktik araşdırmalar kimi daha interaktiv və müasir metodlara üstünlük verdik.

Payız semestrini artıq başa vurduq. Qarşıda tələbləri daha ciddi sınaq- imtahan sessiyası gözləyir. Tələbələrin hər birinə imtahanlarda uğurlar arzulayıram. İnanıram ki, insan kapitalının inkişafının prioritet olduğu ölkəmizdə gənc iqtisadçı-tələbələr iqtisadiyyatın inkişafına yaxın gələcəkdə daha yaxından töhvə verəcəklər.

Həm tədris imkanını yaratdığına, həm də tədris zamanı bütün lazımi texniki-təşkilati dəstəyə görə BMU-nun rektoru Yaqub Piriyevə təşəkkürümü bildirirəm”, - V.Bayramov deyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ