Modern.az

Milli Məclisin yarımçıq qalan işləri - SİYAHI

Milli Məclisin yarımçıq qalan işləri - SİYAHI

Parlament

9 Yanvar 2026, 16:23

2025-ci ildə Milli Məclisin gündəliyinə daxil olan qanun layihələrinin hamısı üçüncü oxunuşdan keçməyib. 

Modern.az xəbər verir ki, ötən il Milli Məclisdə müzakirəsi bitməyən qanun layihələrinin sayı ümumilikdə 2 olub. 

Belə ki, 2025-ci ildə “Patent haqqında” AR Qanununda dəyişiklik və “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” AR Qanununda dəyişiklik deputatlar tərəfindən sadəcə bir dəfə müzakirə edilib.

Hər iki qanun layihəsi Milli Məclisin dekabrın 26-sı keçirilən plenar iclasında birinci oxunuşda müzakirə edilərək yekdilliklə qəbul edilib.

Qeyd edək ki, 2025-ci ildə Milli Məclisin 38 plenar iclası keçirilib, 181 qanun və 33 qərar qəbul edilib.
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır