İran İslam Respublikasında baş verən etiraz aksiyaları getdikcə daha geniş vüsət almaqdadır. Hazırda yüzlərlə insanın öldürüldüyü, minlərlə şəxsin isə həbsə atıldığı bildirilir.
İrandakı siyasi gərginlik qonşu dövlətlərlə siyasi-diplomatik əlaqələrə də mənfi təsir göstərib. Milli Məclisin Azərbaycan-İran Parlamentlərarası İşçi Qrupunun son dönəmdəki gərginlik fonunda fəaliyyəti, İşçi Qrup daxilində əlaqənin səviyyəsi, eləcə də planlaşdırılmış hər hansı görüşün olub-olmamasını dəqiqləşdirməyə çalışdıq.
Mövzunu aydınlaşdırmaq üçün Modern.az Milli Məclisin Azərbaycan-İran Parlamentlərarası İşçi Qrupunun üzvü Aydın Mirzəzadə ilə əlaqə saxlayıb.
Saytımıza açıqlamasında parlamentari bildirib ki, işçi qrupları baş verən hadisələr fonunda əlaqə saxlamayıblar:
“Bu müddətlərdə bizim əlaqəmiz yoxdur. Çünki İran hakimiyyət orqanları daxildə gedən proseslərlə məşğuldur. Yəqin ki, vəziyyət stabilləşəndən sonra və yaxud da hansısa bir mərhələyə çıxandan sonra artıq parlamentlərarası əlaqələrdən danışmaq olar. Bir azərbaycanlı kimi, eyni zamanda parlament dostluq qrupunun üzvü kimi orada gedən prosesləri izləyirik. Və istəyimiz budur ki, tezliklə bu məsələlər öz həllini tapsın və qonşu İranda stabillik, eyni zamanda inkişaf görək”.
Milli Məclisin Bu məsələdə biz onlara səbir və eyni zamanda məsələnin öz milli maraqlarına uyğun olaraq həllini arzulayırıq”.

Parlamentari qeyd edib ki, sonuncu dəfə işçi qrupları arasında görüş “Konstitusiya və Suverenlik Günü” ilə əlaqədar 2025-ci il 29 oktyabr tarixində baş tutub:
“Ötən ilin payızında Milli Məclisdə “Konstitusiya və Suverenlik Günü” ilə bağlı keçirilən beynəlxalq tədbirdə İran parlament sədrinin rəhbərliyi ilə bir qrup deputat gəlmişdi. Onlar əksəriyyəti dostluq qrupunun üzvləri idi. Keçirilən görüşdə biz tərəfdən Milli Məclisin sədr hörmətli Sahibə xanım, digər tərəfdə İran parlamentinin sədri olmaqla geniş tərkibdə görüşümüz oldu”, - deputat qeyd edib.