Modern.az

Uşaqların vətəndaşlıq və ad almaq hüququ dəyişdirilir

Uşaqların vətəndaşlıq və ad almaq hüququ dəyişdirilir

Parlament

28 Yanvar 2026, 11:24

Azərbaycanda uşağın vətəndaşlıq və ad almaq hüququ dəyişdirilir.

Modern.az-ın məlumatına görə, bu, parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirdiyi iclasında müzakirə edilib.

Hər bir uşaq doğulduqdan sonra onun doğumu Ailə Məcəlləsinə uyğun olaraq qeydiyyata alınır və o, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanunun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla (Azərbaycanda doğulmuş və hər iki valideyni əcnəbi olan uşaq, o cümlədən valideynlərindən biri əcnəbi, digəri isə vətəndaşlığı olmayan şəxs olan uşaq Azərbaycan vətəndaşı hesab edilmir) vətəndaşlıq əldə edir.

Uşağa ad Ailə Məcəlləsinə uyğun olaraq veriləcək.

Bu, uşaqların oğurlanmasının, alverinin və qanunsuz olaraq yerdəyişməsinin (o cümlədən daimi yaşayış ölkəsinə qaytarılmasının) qarşısını alacağı bildirilir. 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır