Uşaqların dinə etiqad etməyə məcbur olunması qadağan edilir.
Modern.az-ın məlumatına görə, bu, parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirdiyi iclasında müzakirə edilib.
Layihəyə əsasən, valideynlər (onları əvəz edən şəxslər) qarşılıqlı razılıq əsasında uşaqları özlərinin dini əqidəsinə və dinə münasibətinə uyğun tərbiyə edə biləcəklər.
Qeyd olunub ki, uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağandır. Həmçinin uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməlidir.
Yalnız qanunda nəzərdə tutulan hallarda ictimai təhlükəsizlik mənafeləri üçün, ictimai qaydanın təmin edilməsi, sağlamlığın, mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün uşağın dini etiqad azadlığına məhdudiyyətlər qoyula bilər.