Modern.az

AYB-yə üzvlük haqqı ödəməyən deputatlar...- AÇIQLAMA

AYB-yə üzvlük haqqı ödəməyən deputatlar...- AÇIQLAMA

Parlament

6 Fevral 2026, 09:14

Azərbaycan Yazıçılar Birliyində (AYB) üzvlük haqqının ödənilməməsi ilə bağlı baş verən son olaylarda Milli Məclisin deputatlarının da adı çəkilir. AYB bu yaxınlarda “Ədəbiyyat qəzeti”ndə illik üzvlük haqqını ödəməyənlərin bir hissəsinin siyahısını dərc edərək onlara xəbərdarlıq edib.

Bildirilir ki, bu qurumdan 15 manat üzvlük haqqı ödəmədiyi üçün 30-a yaxın şəxs uzaqlaşdırılıb.

Modern.az-ın məlumatına görə, hazırda AYB-ə üzv olanlar içərisində 13 deputat da var.

Buraya vitse-spiker Rafael Hüseynov, eyni zamanda Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev (Urud), Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev, Beynəlxalq münasibətlər komitəsinin sədri Səməd Seyidov, həmçinin, deputat Elnarə Akimova, Əlibaba Məhərrəmzadə, Əziz Ələkbərli, Səyyad Salahlı (Aran), Cavanşir Feyziyev, Aqil Abbas, Tahir Rzayev, Elçin Mirzəbəyli və Jalə Əliyeva AYB-yə üzvdür.

AYB-nin mətbuat katibi Xəyal Rza bildirib ki, hələ ki, üzvlük haqqını ödəmədiyinə görə heç bir deputat Birlikdən uzaqlaşdırılmayıb.

“Ola bilər ki, AYB-yə üzv olan deputatların sayı növbəti parlament seçkilərindən sonra dəyişsin. Amma bir daha qeyd etmək istəyirəm ki, heç bir deputat üzvülük haqqını ödəmədiyinə görə Birlikdən çıxarılmayıb”.

Qeyd edək ki, bundan bir müddət öncə AYB-dən saytımıza bəzi deputatların üzvülük haqqını ödəmədiyi barədə məlumat daxil olmuşdu.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Pezeşkian Azərbaycanı təhdid edən şəxsə yüksək vəzifə verdi - Xəbəriniz Var? - Media Turk TV