İl ərzində inzibati nəzarət qaydasında baxılması üçün daxil olan 81 711 aktdan (o cümlədən Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində 1 935 bələdiyyə aktı hüquqi ekspertizadan keçirilmiş), nəticədə 79 448 (97,2%) aktın qanunvericiliyə uyğun olduğu müəyyən edilib. Normativ hüquqi aktların tələblərinə zidd olan 1 645 (2%) aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aidiyyəti bələdiyyələrə təkliflər verilib, 618 akt (0,8%) isə növbəti ilə qalıq keçib.
Modern.az-ın məlumatına görə, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi zamanı bildirilib.
Verilmiş təkliflər əsasında bələdiyyələr tərəfindən 644 (0,79%) akt ləğv edilib, 950 (1,16%) akt dəyişdirilib, 44 (0,05%) təklif isə növbəti ilə qalıq keçib. Bələdiyyələr tərəfindən təmin olunmayan 7 (0,008%) təklif üzrə məhkəmələrdə iddia qaldırılıb.
Bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olan 4 132 müraciətdən 3 618-nə (87%) baxılıb, 204-ü (5%) aidiyyəti üzrə göndərilib, 310 (8%) müraciət isə növbəti ilə qalıq keçib. Müraciətlər üzrə inzibati nəzarət icraatı nəticəsində aşkar edilərək dəyişdirilib və ya ləğv edilən aktlarla bağlı tədbirlər görülüb.
Ümumilikdə həm aktlar, həm də müraciətlər üzrə inzibati nəzarət icraatı zamanı təklif edilən 1 698 aktdan 697-si (41%) ləğv edilib, 950-si (56%) dəyişdirilib, 7 (0,4%) təklif üzrə məhkəmələrdə iddia qaldırılıb, 44 (2,6%) təklif isə növbəti ilə qalıq keçib.
Xüsusi qeyd olunur ki, birləşmə nəticəsində ölkə üzrə bələdiyyələrin sayı 57% azalsa da, 2024–2025-ci illər üzrə məlumatların müqayisəli təhlilindən görünür ki, bir sıra göstəricilər buna mütənasib şəkildə azalmamış, əksinə müəyyən sahələrdə artım müşahidə olunmuşdur.