Modern.az

43 bələdiyyə sədri məsuliyyətə cəlb edilib

43 bələdiyyə sədri məsuliyyətə cəlb edilib

Parlament

13 Fevral 2026, 12:15

43 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, 3 iş məhkəmədədir.

Modern.az-ın məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik  məruzəsi zamanı bildirilib.

İl ərzində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549-cu (bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın fəaliyyətinə mane olma) maddəsi ilə bələdiyyənin vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında protokollar tərtib edilərək məhkəmələrə göndərilib.

Həmin protokollar əsasında 43 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, 3 protokol isə hazırda məhkəmələrin icraatındadır.

Whatsapp
Bizə yazın!
Keçid et
Mehdiyevin Rusiyadakı qardaşları - Əlaqələr necə qurulub?