Modern.az

Deputat vətəndaşları bələdiyyə vergisini ödəməyə çağırdı

Deputat vətəndaşları bələdiyyə vergisini ödəməyə çağırdı

Parlament

13 Fevral 2026, 12:42

Vətəndaş bələdiyyələrin inkişafında maraqlıdırsa, bu qurumun fəaliyyətindən narazıdırsa və ya təkmilləşməsini istəyirsə, onun üzərinə düşən əsas missiyalardan biri bələdiyyə vergisini ödəməkdir.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bugünkü plenar iclasında Elman Məmmədov bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2025-ci ildə fəaliyyəti haqqında məruzəsinin müzakirəsi zamanı deyib.

Deputat həmçinin bələdiyyələrdə keçirilən iclasların formal olduğunu qeyd edib:

“Bəzi hallarda bələdiyyə iclaslarının formal keçirilməsi ilə bağlı faktlar da mövcuddur. Sənədlərdə iclasların keçirildiyi göstərilsə də, reallıqda bunun necə baş verdiyi ilə bağlı seçicilər tərəfindən suallar səsləndirilir” – o qeyd edib.


Deputat Azər Badamov isə bildirdi ki, bələdiyyələrin satışa çıxardığı torpaqların qiymətləndirilməsi zamanı bələdiyyənin müəyyən etdiyi qiymətlə müvafiq qurumun müəyyən etdiyi qiymət arasında bəzən böyük fərq yaranır. 

O qeyd edib k, hətta müvafiq qurumun müəyyən etdiyi qiymət həmin bələdiyyənin yerləşdiyi ərazinin bazar qiymətindən də yüksək olur. Bu isə alqı-satqı prosesinin aylarla uzanmasına səbəb olur.

“Təklif edirəm ki, müvafiq qurum tərəfindən satış üçün son qiymət müəyyənləşdirilərkən bələdiyyənin müəyyən etdiyi qiymət nəzərə alınsın və ya orta bir qiymət mexanizmi tətbiq edilsin. Bu, uzun illər mülkiyyət sahibi olmaq istəyən vətəndaşların torpaq almasına, həm də bu prosesin əsassız şəkildə aylarla uzanmasının qarşısının alınmasına xidmət etmiş olar. Bu məsələdə Ədliyyə Nazirliyinin dəstək verəcəyinə inanıram” – o qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mehdiyevin Rusiyadakı qardaşları - Əlaqələr necə qurulub?