Modern.az

Siyavuş Novruzov TV-lərdəki serialları "ağlaşmalar" adlandırdı 

Siyavuş Novruzov TV-lərdəki serialları "ağlaşmalar" adlandırdı 

Parlament

Bu gün, 13:03

"Azərbaycan televiziyalarında xəbərlər proqramı bitdikdən sonra seriallar yayımlanır. Bu seriallar nə tarixi şəxsiyyətlərimizə, nə Azərbaycan yazıçı və şairlərinin yazdığı əsərlərə həsr olunub. Kiminsə türmədən çıxıb danışdığı hekayət əsasındadır".

Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında müzakirə olunan “Mədəniyyət haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib.

Deputat qeyd edib ki, həmin seriallarda dövlət orqanlarının nümayəndələri haqqında bu və ya digər formada düzgün olmayan informasiya verilir: 

“Bu gün ölkəmizdə bədii yaradıcılıq üçün geniş meydan, əminamanlıq və sülh var. Müharibədə qalib gəlmiş tərəfik. Ağlaşmadan qələbəni təbliğ edən seriallara, filmlərə keçməliyik. Bizim əsgərlərin qəhrəmanlığını təbliğ edən seriallar çəkməliyik. Türmədən çıxan kiminsə danışdığı həyat hekayəsinin seriallarının qurbanı olmalı deyilik. Hesab edirəm ki, bu məsələlərə diqqət yetirilməlidir".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rus əsgərləri Ermənistandan QOVULDU - Kritik proses başlayır