Modern.az

Uşaqların əmlak hüquqları yenidən müəyyənləşdirildi

Uşaqların əmlak hüquqları yenidən müəyyənləşdirildi

Parlament

Bu gün, 12:21

Azərbaycanda uşaqların əmlak hüququ yenidən formalaşdırılır.

Modern.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən "Uşaq hüquqları haqqında" qanun layihəsində əks olunub.

Layihəyə əsasən, uşaq gəlirinə (o cümlədən aliment, təqaüd, pensiya, müavinət və s.), vərəsəlik və ya hədiyyə şəklində əldə etdiyi əmlaka, habelə onun vəsaiti hesabına əldə edilmiş digər əmlaka mülkiyyət hüququna malik olacaqlar.

Sənəddə vurğulanıb ki, uşağa məxsus əmlakın onun üstün mənafelərinə uyğun idarə olunması və uşağın həmin əmlak üzərində sərəncam vermək hüququ Mülki Məcəllə və Ailə Məcəlləsi ilə müəyyən olunacaq.

Xatırladaq ki, qüvvədə olan eyni adda qanuna görə, uşağın vərəsəlik və valideynlərinin əmlakı hesabına saxlanma hüququ var. Həmin maddədə qeyd edilib ki, hər bir uşağın valideynlərinin, övladlığa götürülənlərin əmlakına dair vərəsəlik, məhkəmənin qərarı ilə valideynlərdən hər ikisi və ya biri xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə isə onların əmlakı hesabına saxlanmaq hüququ var.

Məsələ səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ərdoğandan ŞOK XƏBƏRDARLIQ - Türkiyə İrandakı müharibəyə qoşulur?