Modern.az

Süni intellektin əmək bazarına təsiri ilə bağlı təkliflər hazırlanıb

Süni intellektin əmək bazarına təsiri ilə bağlı təkliflər hazırlanıb

Parlament

Bu gün, 11:25

Süni intellektin ixtisar edəcəyi işçilərlə bağlı Ombudsman təklif irəli sürüb. 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2025-ci ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi zamanı Ombudsman Səbinə Əliyeva bildirib.

O qeyd edib ki, son illər informasiya texnologiyalarının sürətlə inkişafı, xüsusən də süni intellektin bütün sahələr üzrə geniş tətbiqi informasiya əldə etmək hüququnun reallaşdırılmasına əhəmiyyətli dərəcədə təsir göstərməkdədir. 
"Bu hal xüsusən fərdi məlumatların, habelə qanunla əldə olunmasına məhdudiyyət qoyulan digər məlumatların mühafizəsi ilə bağlı hüquqi tənzimləmələrin təkmilləşdirilməsini və yeni təhlükəsizlik mexanizmlərinin tətbiqini zəruri edir. Qeyd olunanları nəzərə alaraq, bu sahədə prioritet istiqamətlərin müəyyən edilməsi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, rəqəmsal texnologiyalardan, süni intellektdən düzgün istifadə və nəzarət tədbirlərinin gücləndirilməsi, rəqəmsal savadlılıq və məlumat təhlükəsizliyi mədəniyyətinin inkişaf etdirilməsi üzrə maarifləndirici proqramların həyata keçirilməsi olduqca əhəmiyyətlidir".

Ombudsman hesab edir ki, informasiya əldə etmək hüququnun daha səmərəli təmin edilməsi məqsədilə “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununda fiziki şəxslərə özləri barədə fərdi məlumatların təbii inhisar subyektlərindən informasiya sorğusu əsasında əldə etmək imkanını məhdudlaşdıran normaya müvafiq dəyişiklər edilməsi ilə həmin məhdudiyyətin aradan qaldırılması məqsədəmüvafiqdir. 


"Rəqəmsallaşdırma və süni intellektin bütün sahələrdə olduğu kimi, əmək hüququnun həyata keçirilməsi və müdafiəsi mexanizmlərinə də təsirini nəzərə alaraq, texnoloji dəyişikliklərə hazırlıq məqsədilə regionlar üzrə əmək bazarının öyrənilməsi, işçilərin hüquqlarının qorunmasına yönəlmiş kollektiv tədbirlər planının hazırlanması, süni intellektin tətbiqi nəticəsində ixtisar olunacaq və ya adaptasiya çətinliyi yaşayacaq şəxslərə dəstək mexanizmlərinin yaradılması olduqca zəruridir. Bununla əlaqədar qanunvericiliyin təkmilləşdirilməsi əsas şərtlərdəndir".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SEPAH-dan ölkəmizə MÜHARİBƏ TƏHDİDİ - Diqqətli olun!