Modern.az

Deputat: Haqsız əlillik təyin olunması minimuma enidirilib

Deputat: Haqsız əlillik təyin olunması minimuma enidirilib

Parlament

Bu gün, 12:04

“Haqsız yerə əlillik təyin olunması praktikası minimuma enidirilib, qərarların obyektivliyi və şəffaflığı gücləndirilib. Bu, həm dövlət büdcəsinin qorunması, həm də sosial ədalətin təmin olunması baxımından mühüm nailiyyətdir.
Lakin praktik müstəvidə hələ də institusional yanaşmanın təkmilləşdirilməsinə ehtiyac qalmaqdadır”.


Modern.az xəbər verir ki, Milli Məclisin bugün keçirilən plenar iclasında bunu  Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) illik məruzəsinin müzakirəsi deputat Rəşad Mahmudov bildirib.


Deputat qeyd edib ki, vətəndaşların ən çox narazı qaldığı məqamlardan biri qərarın izah edilmə mexanizmidir. Həkim tibbi vəziyyətə uyğun elektron formanı doldurur, sənədlər sosial ekspertizaya göndərilir. Əgər əlillik təyin olunmursa, vətəndaşa bəzən “forma natamam doldurulub” kimi ümumi ifadə təqdim edilir.


“Bu isə məsuliyyətin yanlış istiqamətə yönəlməsinə səbəb olur və vətəndaş-həkim münasibətində süni gərginlik yaradır. Halbuki əlilliyin təyinat meyarları kifayət qədər inkişaf etmiş və funksional məhdudiyyətin obyektiv qiymətləndirilməsinə əsaslanır.
Problemin kökü meyarların zəifliyi deyil, qərarın əsaslandırılması və institusional kommunikasiya mexanizmidir.
Hesab edirəm ki, növbəti mərhələdə qərarların əsaslandırılması daha detallı və standartlaşdırılmış formada təqdim olunmalı, tibbi sənəd çatışmazlığı ilə normativ meyar çatışmazlığı aydın şəkildə fərqləndirilməli, elektron sistem üzərindən vətəndaşa izahlı rəy verilməlidir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ərdoğandan ŞOK XƏBƏRDARLIQ - Türkiyə İrandakı müharibəyə qoşulur?