Modern.az

Lənkəranda çayçılıqla bağlı ictimai dinləmə keçirilsin - TƏKLİF

Lənkəranda çayçılıqla bağlı ictimai dinləmə keçirilsin - TƏKLİF

Parlament

Bu gün, 12:06

Lənkəranda çayçılıqla bağlı ictimai dinləmə keçirək.

Modern.az məlumatına görə, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün “Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusunda keçirdiyi ictimai dinləmədə Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov deyib.

Komitə sədri cənub bölgəsində çayçılıq sahəsinə marağın azaldığına da diqqət çəkib:

“Mənim təmsil etdiyim dairədə çayçılıq təsərrüfatları var. Əvvəllər bu ərazilərdə çoxlu çay plantasiyaları mövcud idi. Bu gün isə barmaqla sayılacaq qədər qalıb. Çayçılıq elə bir sahədir ki, bir dəfə əkilən bitki uzun illər məhsul verir. Amma o bitkilərin qorunması üçün zərərvericilərə qarşı mübarizə aparmaq, suvarma işlərini düzgün təşkil etmək və digər aqrotexniki tədbirləri vaxtında həyata keçirmək lazımdır”. 

Bir dəfə Lənkəranda çayçılıqla bağlı ictimai dinləmə keçirək:

“Elə ictimai dinləmə çayçılığın düz mərkəzində olsun” – deyə A. İsgəndərov deyib. 

“Lənkəranda dağətəyi torpaqlar istifadəyə verilib. Mənə belə gəlir ki, qanunverici orqan olaraq biz bu məsələlərə daha çox diqqət yetirməliyik. Deputatlar olaraq biz icra orqanları və Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə çalışırıq. Amma bəlkə də bəzi qanunlar və tövsiyələr hazırlanmalıdır ki, kənd sərhədləri və torpaq istifadəsi ilə bağlı problemlər daha sistemli şəkildə həll olunsun” – o bildirib.

Sizə yeni x var
Keçid et
Xamenei ölməyib, KOMADADIR! - Pezeşkianın oğlundan şok açıqlama