Modern.az

Kənddə 12 sot torpağım var, Bakıdan idarə edirəm

Kənddə 12 sot torpağım var, Bakıdan idarə edirəm

Parlament

Bu gün, 12:44

"Bu il Astara rayonunun dağ kəndlərinə qədər getdik. Orada gördük ki, portağal və narıngı ağaclarında meyvələr qalır. Soruşduq ki, səbəb nədir. Dedilər ki, satış üçün bazar tapa bilmirlər. Əkilən satılmalıdır. Əgər belə olmasa, onda fermerin üzü gülə bilməz".

Modern.az məlumatına görə, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün “Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusunda keçirdiyi ictimai dinləmədə Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov deyib. 

O qeyd edib ki, qanunverici orqan olaraq bizə tövsiyələr verilməlidir, bu qanun şəklinə salınmalıdır: "Kənd təsərrüfatı ilə bağlı uğurlara nail olaq. Burada süni intellektlə bağlı deyilənləri qəbul edirəm. Bu gün mənim kənddə 12 sot torpağım var, onu buradan idarə edirəm. Hansı dərmanın nə vaxt verilməsini, verilməməsini və digər məsələləri tapşırıram".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xamenei ölməyib, KOMADADIR! - Pezeşkianın oğlundan şok açıqlama