Modern.az

Saxta seksual görüntü yaymaq cinayət sayılacaq 

Saxta seksual görüntü yaymaq cinayət sayılacaq 

Parlament

Bu gün, 13:01

Süni intellekt vasitəsilə insanların pornoqrafik və seksual məzmunlu görüntüsünü yaratmaq və yaymaq cinayət hesab ediləcək.

Modern.az-ın məlumatına görə, məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitəsinin birgə iclasında müzakirə edilən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik haqqında qanun layihəsində əksini tapıb. 

Belə ki, layihəyə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə yeni maddələrin əlavə edilməsi təklif olunur. Həmin dəyişikliklərə görə, şəxsin razılığı olmadan onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları vasitəsilə reallığı əks etdirməyən foto, video və ya audio materialların hazırlanması və yayılması, həmçinin pornoqrafik və ya seksual məzmunlu materialların hazırlanaraq yayılması cinayət məsuliyyəti yaradacaq.

Bununla yanaşı, layihə ilə cinayət təqibinin həyata keçirilməsi ilə bağlı prosessual norma da müəyyənləşdirilir. Dəyişikliyə əsasən, bu əməllərlə bağlı cinayət təqibi qanunvericilikdə nəzərdə tutulan qaydada, zərərçəkmiş şəxsin şikayəti əsasında həyata keçiriləcək.
 

Whatsapp
Bizə yazın!
Keçid et
Ərdoğan generalını Naxçıvana göndərdi - İrana belə cavab veriləcək!