Modern.az

Deputat uşağını döyən valideynlərin cərimələnməsinə ETİRAZ ETDİ

Deputat uşağını döyən valideynlərin cərimələnməsinə ETİRAZ ETDİ

Parlament

Bu gün, 13:29

Deputat tərbiyə etmək məqsədilə uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnməsini özündə əks etdirən “İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 525-1-ci maddədə” layihəsinə qarşı çıxıb.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Nigar Arpadari bildirib. 

O qeyd edib ki, müzakirə edilən dəyişiklik ölkə üçün təhlükəlidir:

“Güclü ailə bizim milli kimliyimizin əsasını təşkil edir. Məsələ ondadır ki, bu maddə faktiki olaraq Pandora qutusunu açır və ailə bütövlüyünün, valideynlərlə uşaqlar arasındakı münasibətlərin zəifləməsinin başlanğıcına çevrilə bilər. Bu sahədə onsuz da problemlərimiz var və onları həll etmək lazımdır. Daha da dərinləşdirmək yox. Bəli, deyə bilərsiniz ki, 80-ci illərdən etibarən Avropada və bir sıra Qərb ölkələrində bu qanunlar qəbul olunur və bir çox ölkələr qoşulubdur. Amma həmin ölkələrin siyahısına baxsanız, onların əksəriyyətində demoqrafik vəziyyət ağır olduğunu görərsiniz. Həmin ölkələrin ailələrində olan neqativ halların yaranmasında belə qanunların kifayət qədər böyük rolu var. Bu proses qonşulara, müəllimlərə, uzaq qohumlara, valideynlərin uşaqlara fiziki və ya psixoloji təzyiq göstərdiyi barədə polisə, sosial xidmətlərə müraciət etmək imkanı verən qanunlarla başlayıb”. 


Heç kim mənə sübut edə bilməz ki, bunlar real fayda gətirir:

“Məsələn, bugün Kaliforniyada məktəbdə valideynin xəbəri olmadan uşağa antidepresantlar təyin oluna bilər, hətta ona gender dispariyesi diaqnozu qoyularaq cinsiyyət dəyişdirmə proseduru başlana bilər və əgər siz valideyn olaraq buna etiraz etsəniz, hətta həbs riski ilə üzləşə bilərsiniz. Avropanın bəzi ölkələrində isə sosial xidmətlər hesab etsə ki, siz uşağınıza hansısa standartlara uyğun olmayan dəyərlərlə tərbiyə verirsiniz - məsələn, veridyiniz tərbiyə onlarda çox məşhur olan cinsi azlıqlara münasibətdə tolerantlıq prinsiplərinə uyğun deyil - onda bu halda siz valideynlik hüququnu itirə bilərsiniz”. 


Deputat qeyd edib ki, o bu sözləri qorxutmaq üçün demir, bunlar reallığı özündə əks etdirən faktlardır: 
“Qeyd etdiyim nümunələrdə olan proseslərə vaxtı ilə bu kimi qanunlar yol açıb. Dünyada böyük ideoloji mübarizə gedir və ənənəvi ailə institutu bu mübarizənin hədəflərindən biridir. Bu cür qanun isə bir növ aldadıcı mexanizm rolunu daşıyır. O, uşaqların hüquqlarının qorunması illüziyasını yaratmaq üçün belə təqdim olunur. Lakin əslində sağlam ailələrin uşaqlara verdiyi qorumanı zəiflətməyə və dağıtmağa gətirib çıxarır. Təbii ki, mən uşaqlara qarşı fiziki cəzanın qəti əleyhinəyəm. Biz tərbiyə məqsədi ilə fiziki cəzalara qarşı mübarizə aparmalıyıq. Amma bunu belə problemli qanunu qəbul etməklə deyil, insanların maarifləndirilməsi yolu ilə etməliyik”. 

Nigar Arpadari qeyd edib ki, layihədə psixoloji cəza anlayışı da var, lakin bunun kimlər tərəfindən müəyyən ediləcəyi də sual atındadır:

“Bunu kim müəyyən edəcək? Dövlət minlərlə psixoloq işə götürməlidir ki, valideynlər uşaqlara psixoloji təzyiq göstərib göstərmədiyini yoxlasın? Tərbiyənin harada bitdiyini və psixoloji təzyiqin başlandığını necə müəyyən etmək olar? Bu müddət praktikada icrası çox çətin olan və müxtəlif sui-istifadələrə yol aça bilən bir yanaşmadır. Digər tərəfdən, fiziki zorakılığa görə cinayət məsuliyyəti artıq mövcuddur və heç kim valideynləri bu məsuliyyətdən azad etmir. Uşaqları döymək olmaz, bu aydındır. Lakin bunun üçün başqa yollar axtarmaq lazımdır və beynəlxalq lobbi qruplarının təşviq etdiyi mexanizmlərə düşünmədən qoşulmaq düzgün deyil. Belə yanaşmanın tətbiq olunduğu ölkələrdə nəticələr göz qabağındadır. Qərb ölkələrində ailə və uşaq siyasəti sahəsində vəziyyət yaxşılaşmır, əksinə də mürəkkəbləşir. Əgər belədirsə, niyə biz onların yolu ilə getməliyik? Mən bunu həm deputat, həm ana kimi deyirəm” – o sonda qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Şok iddia! Putin Xameneini Ö*LÜMDƏN QURTARDI - Moskvaya qaçdı