Deputatlar Prezident və I Vitse-prezidenti təbrik ediblər.
Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin iclasında spiker Sahibə Qafarova bildirib.
“Bir neçə gündən sonra Novruz və Ramazan bayramlarını qeyd edəcəyik. Xalqımızın milli-mənəvi dəyərləri arasında mühüm yer tutan Novruz yenilik və bolluq bayramıdır. Ülvi duyğuların daşıyıcısı olan Ramazan isə xeyirxahlığı və həmrəyliyi təcəssüm etdirir. Təklif edirəm bu gözəl bayramlar münasibətilə möhtərəm cənab Prezident İlham Əliyevə və I Vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlayaq. Xalqımızın və dövlətimizin bugünü və sabahı naminə dəyərli fəaliyyətlərində onlara yeni böyük uğurlar arzulayaq” – spiker vurğulayıb.
Milli Məclis sədrinin təklifi alqışla qarşılanıb.