Modern.az

Riskli peşələrdə çalışanlar üçün yeni tələblər qoyuldu

Riskli peşələrdə çalışanlar üçün yeni tələblər qoyuldu

Parlament

Bu gün, 10:01

Peşə fəaliyyəti ilə bağlı nəzarət daha da sərtləşdirilir.

Modern.az-ın məlumatına görə, məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Narkoloji xidmət və nəzarət haqqında” qanununa dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. 

Layihəyə əsasən, yüksək təhlükə mənbəyi ilə bağlı peşələrdə çalışan şəxslər əvvəlki qaydada ildə azı bir dəfə tibbi müayinədən keçməklə yanaşı, yeni əlavə edilən müddəaya görə, onların əmək funksiyasını yerinə yetirərkən davranışlarında insan psixikasına təsir göstərən maddələrin təsiri altında olmalarına dair əsaslı şübhə yarandıqda dərhal tibbi müayinəyə cəlb olunması nəzərdə tutulur.

Yəni əvvəl yalnız planlı (ildə bir dəfə) yoxlamalar mövcud idisə, dəyişiklikdən sonra operativ, şübhə yarandığı anda yoxlama mexanizmi də tətbiq ediləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Verilişləri eyni gündə BAĞLANDI - Zaurlar, Xoşqədəm, Lalə Azərtaş...