Modern.az

Ordenli deputatlar: “Vətənə xidmətə görə” təltif olunanlar - SİYAHI

Ordenli deputatlar: “Vətənə xidmətə görə” təltif olunanlar - SİYAHI

Parlament

Bu gün, 15:50

Prezident İlham Əliyevin bir neçə gün öncə imzaladığı sərəncama əsasən, Milli Məclisin deputatı Mixail Zabelin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. Bununla da parlamentdə təmsil olunan və bu ali mükafata layiq görülən deputatların sayı 18-ə yüksəlib. Onlardan 4 nəfəri 2-ci dərəcəli, 5 nəfəri isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Modern.az saytı hansı deputatların dövlət qarşısındakı xidmətlərinə görə “Vətənə xidmətə görə” ordeninə layiq görüldüyünü araşdırıb.  

1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni alan deputatlar: 

Siyavuş Novruzov 
Eldar İbrahimov 
Ziyad Səmədzadə 
Hicran Hüseynova 
Əhliman Əmiraslanov 
Aqil Abbas 
Novruzəli Aslanov 
Polad Bülbüloğlu 

2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni alanlar isə aşağıdakılardır:

Vüqar Rəhimzadə 
Heydər Əsədov 
Ağalar Vəliyev 
Mübariz Qurbanlı 

3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni verilən deputatlar:

Hikmət Babaoğlu 
Asim Mollazadə 
Aydın Mirzəzadə 
Anar İsgəndərov 
Nizami Səfərov  

Bəzi deputatlar ali mükafata parlamentdəki fəaliyyətdən əvvəl, müxtəlif sahələrdə çalışdıqları dövrdə layiq görülüblər. Belə ki, Heydər Əsədov 2011-ci ildə Hesablama Palatasının sədri olarkən, Mübariz Qurbanlı 2024-cü ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri kimi, Hikmət Babaoğlu 2008-ci ildə “Yeni Azərbaycan” qəzetinin baş redaktoru olduğu dövrdə, Vüqar Rəhimzadə və Anar İsgəndərov da parlamentdə təmsil olunmazdan əvvəl bu mükafata layiq görülüb.

Azərbaycan Respublikasının ali dövlət təltiflərindən biri olan “Vətənə xidmətə görə” ordeni 7 noyabr 2003-cü ildə təsis edilib. 

Orden ölkə qarşısında xüsusi xidmətləri ilə seçilən şəxslərə təqdim olunur. Üç dərəcədən ibarət olan bu orden dövlətə sədaqət, yüksək peşəkarlıq və milli maraqlara xidmət prinsiplərini özündə birləşdirir.
Mükafat Azərbaycan Respublikasına sadiqliyinə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə fərqlənən şəxslərə verilir. Eyni zamanda, dövlət qulluğunda səmərəli fəaliyyəti, yüksək peşəkarlığı və xüsusi nailiyyətləri ilə seçilən, eləcə də milli dövlət quruculuğu prosesində mühüm xidmətlər göstərən şəxslər də bu təltifə layiq görülür.

“Vətənə xidmətə görə” ordeninin ən yüksək dərəcəsi 1-ci dərəcə hesab olunur. Təltifetmə sistemi ardıcıllıq prinsipinə əsaslanır və ordenin hər üç dərəcəsi mərhələli şəkildə təqdim edilir. 
Qeyd edək ki, orden döşün sol tərəfinə taxılır və digər dövlət ordenləri olduqda, onlardan sonra yerləşdirilir. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı