Modern.az

Deputatlardan rektora dəstək - Qarabağ Universitetinə göndərəcəklərinin SİYAHISI

Deputatlardan rektora dəstək - Qarabağ Universitetinə göndərəcəklərinin SİYAHISI

Parlament

Bu gün, 17:03

UNEC rektoru Ədalət Muradovun Qarabağ Universitetinə kitab hədiyyəsi ilə bağlı təşəbbüsü cəmiyyətdə geniş rezonans doğurub. Rektorun şəxsi kitabxanasından Qarabağ Universitetinə 500 kitab bağışlaması və ziyalıları da bu aksiyaya qoşulmağa çağırması işğaldan azad edilmiş bölgələrimizdə təhsilin dirçəldilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir.

Modern.az Milli Məclisin deputatlarının bu təşəbbüsə qoşulub-qoşulmayacaqlarını öyrənib.

Elm və təhsil komitəsinin sədri, professor Anar İsgəndərov bu təşəbbüsə qoşulacağını bildirib:


“Göndərdiyim kitablar arasında tarix kitabları çoxluq təşkil edəcək”, – deyə komitə sədri bildirib.

Deputat, ədəbi tənqidçi Elnarə Akimova da rektorun təşəbbüsünə qoşulacağını, həm müəllifi olduğu, həm də gənc yazarların kitablarını universitetə hədiyyə etmək istədiyini bildirib:

“Cəmiyyətə, yetişən gəncliyə kitab ruhu aşılamaqdan gözəl nə ola bilər? Yaxşı bir fikir oxumuşdum, deyir: harada bir kitabxana açılırsa, bir həbsxana bağlanır deməkdir. Belə əməllər də gənclərimizə sağlam bir mənəviyyat aşılayır ki, faydalı şəxslər kimi yetişə bilsinlər”.


“Mənim kitablarımın elmi-nəzəri bazanın, estetik biliklərin qazanılmasında universitet tələbələrinə faydalı olacağını düşünürəm. Həm də kitabxanamda yer alan müxtəlif mövzulu, janrlı bədii nümunələri tələbələrimizə hədiyyə edərdim. Xüsusilə, ən son ədəbi nəslin yaratdığı ədəbiyyatı sevə-sevə bölüşərəm. Həm tələbələr yeni dövr ədəbiyyatının mahiyyətindən xəbər tutar, həm də mütaliə zövqü yaşayaraq estetik doyumlarını təmin edərlər”, – deputat vurğulayıb.

Millət vəkili Ceyhun Məmmədov da bu təşəbbüsdən kənarda qalmayacağını düşünür:


“Şəxsi kitabxanamda olan kitabları Qarabağ Universitetinin tələbələrinə bağışlamağa hazıram. Mənim dilçilik, dinlər tarixi və ilahiyyat sahəsi ilə bağlı kitablarım daha çoxdur və bu kitabları da tələbələrlə bölüşəcəyəm. Bu təşəbbüsdə hamımız fəal iştirak etməliyik”.

“Elmi nailiyyətləri özündə əks etdirən, müasir dövrün tələblərinə uyğun kitabxananın yaradılması prioritet məsələdir. Bu sahədə işlər gedir və biz də bu prosesi daha da sürətləndirməli, fəal iştirak etməliyik. Mən hamını bu təşəbbüsə dəstək verməyə çağırıram”, – deyə o qeyd edib.


Deputat Tənzilə Rüstəmxanlı tələbələrə başda Xalq şairi Sabir Rüstəmxanlının kitabları olmaqla bir çox kitab göndərəcəyini deyib:

“Ədalət Muradovun bu təşəbbüsünü alqışlayıram. Ən yaxın gələcəkdə Qarabağ Universitetinə kitab göndərmək təşəbbüsünə qoşulacağam. Əlbəttə ki, birinci növbədə Sabir Rüstəmxanlının kitablarını tələbələrə göndərəcəyəm. Bizim ailə olaraq çox zəngin kitabxanamız var. Düşünürük ki, kitabların müəyyən hissəsini universitetlərə, o cümlədən Qarabağ Universitetinə hədiyyə edək”, – deputat T.Rüstəmxanlı qeyd edib.

İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bildirib ki, universitetə ilk növbədə müəllifi olduğu kitabları hədiyyə etməyi planlaşdırır:


“İlk olaraq öz kitablarımı tələbələrə hədiyyə edəcəyəm. Təxminən 30-a yaxın kitabım var və hər birindən 2-3 nüsxəni universitetə təqdim etməyə çalışacağam. Eyni zamanda, kitabxanamda olan kitabların da iki nüsxəsi varsa, həmin kitabları da toplayıb universitetə verəcəyəm. Amma tək nüsxə olan kitablarımı verməyi düşünmürəm. Çünki şəxsi kitabxanamı bir növ brend kimi qorumaq istəyirəm. Bununla belə, əlimdən gələni edəcəyəm”.

Sizə yeni x var
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı