Modern.az

Ermənilər “parlament”i Şuşaya köçürür

Ermənilər “parlament”i Şuşaya köçürür

22 May 2020, 18:27

Ötən gün Azərbaycanın işğal altındakı Şuşa şəhərində separatçıların yeni lideri Araik Arutunyan “andiçmə” mərasimi keçirdi.
 

Modern.az xəbər verir ki, mərasimdən sonra Arutunyan qondarma respublikanın “parlamentini" Şuşaya köçürmək planlarını açıqlayıb.

“Ümid edirəm ki, “parlamentin” növbəti iclası Şuşada keçiriləcək. Bizim belə bir istəyimiz var və bu istiqamətdə tezliklə addımlar atılsın”-deyə Arutunyan deyib.

O, Qarabağın tarixi mərkəzi kimi Şuşanın dirçəldilməsinə və əhalisinin artırılmasına çalışacaqlarını əlavə edib. Bunun üçün Şuşada tikinti-bərpa işləri aparılacaq, yeni evlər inşa olunacaq.

Qondarma rejimin “parlamenti” hazırda Xankəndi şəhərində yerləşir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Başqırdıstan vuruldu - Dəhşətli partlayışlar, şəhərlər alov içində