Modern.az

Ermənilərin darmadağın edildiyi “Lələtəpə əməliyyat”ı - 650 ölü, məhv edilən 42 tank...

Ermənilərin darmadağın edildiyi “Lələtəpə əməliyyat”ı - 650 ölü, məhv edilən 42 tank...

Qarabağ

1 Aprel 2021, 16:12

Ermənistanlı politoloq, “Nəsillər üçün həqiqət” vətəndaş təşəbbüsü qrupunun rəhbəri Qeqam Nazaryan 44 günlük Vətən müharibəsi barədə yeni faktlar açıqlayıb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Qeqam Nazaryan 2020-ci il oktyabrın əvvəllərində Ermənistan ordusunun Cəbrayıl rayonu istiqamətində keçirdiyi “Lələ Təpə” əməliyyatının uğursuzluğa düçar olmasından danışıb.

“Lələ Təpə əməliyyatı əsl soyqırımı idi. Bizim 650 ölümüz var idi, 44 tankdan 42-si döyüş meydanında qaldı”- deyə Nazaryan söyləyib.

 

Politoloq oğlu Abqar Nazaryanın da həmin hücum əməliyyatında öldüyünü və buna görə məsuliyyəti baş nazir Nikol Paşinyan hakimiyyətinin daşıdığını əlavə edib.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır