Modern.az

Humanitar yük üçün sülhməramlılardan cavab gözləyirik

Humanitar yük üçün sülhməramlılardan cavab gözləyirik

Qarabağ

29 Avqust 2023, 19:40

“Humanitar məqsədimizlə bağlı Rusiya sülhməramlı qüvvələrinin zabitinə məlumat verildi. O da öz növbəsində komandanlığına məruzə edəcək”.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş katibi Ceyhun Mirzəyev hadisə yerində olan jurnalistlərə bildirib.

 

Ceyhun Mirzəyev deyib ki, humanitar yükün Xankəndiyə çatdırılmasına şərait yaradılması üçün hazırda sülhməramlıların cavabını gözləyirlər.

 

“Nə vaxt cavab verəcəkləri bilinmir. Cavab alındıqdan sonra məlumat açıqlanacaq”, - deyə o bildirib.

 

Qeyd edək ki, yük Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən göndərilib.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! İranda partlayış səsləri - Xameneinin yaxın adamı ÖLDÜRÜLDÜ