Modern.az

Almaniya qondarma "seçkiləri" TANIMIR

Almaniya qondarma

Qarabağ

14 Sentyabr 2023, 22:43

Almaniya Qarabağda keçirilən qondarma “prezident seçkiləri”ni tanımadığını açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi bəyanat yayıb.

 

"Almaniya hökuməti Qarabağın müstəqilliyini və keçirilən seçkiləri tanımır. Almaniya Avropa İttifaqı ilə birlikdə Ermənistan və Azərbaycan arasındakı münaqişənin daimi həlli üçün səylər göstərir", - bəyanatda deyilir.

 

Bəyanatda Almaniya hökumətinin ölkələrin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü qəbul etdiyi bildirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi