Modern.az

Xankəndi şəhərinə 200 nəfər üçün yardım göndərilib - RƏSMİ

Xankəndi şəhərinə 200 nəfər üçün yardım göndərilib - RƏSMİ

26 Sentyabr 2023, 00:35

2023-cü il sentyabrın 25-də Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası məlumat yayıb.

Məlumatlara əsasən, hadisə nəticəsində çoxlu sayda ölən və yaralananların olduğu bildirilir.

 

Bununla əlaqədar yaralanan şəxslərə yardım məqsədilə ilkin olaraq 200 nəfərin müalicəsi üçün yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, əlcəklər, dərman preparatları (spreylər, kremlər, ağrıkəsicilər, antibiotiklər və s.) daşıyan təcili tibbi yardım maşını Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salınıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat