Modern.az

Qarabağda erməni dilinin istifadəsinə imkan yaradılacaq - Rəsmi Bakı

Qarabağda erməni dilinin istifadəsinə imkan yaradılacaq - Rəsmi Bakı

Qarabağ

2 Oktyabr 2023, 16:22

Qarabağda erməni sakinlərin öz mədəniyyətini, etnik-mədəni xüsusiyyətlərini qorumaq və inkişaf etdirmək hüququ təmin ediləcək.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının açıqlamasında deyilir.

Qeyd edilib ki, dini etiqad azadlığı, mədəni və dini abidələrin mühafizəsi təmin olunacaq.

Bundan başqa erməni dilinin istifadəsinə imkan yaradılacaq.
 

Reinteqrasiyanın praktiki icrası ilə bağlı erməni sakinlərin nümayəndələri ilə təmaslar davam etdiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat