Modern.az

Ballıcada çətənə plantasiyası aşkarlandı 

Ballıcada çətənə plantasiyası aşkarlandı 

Qarabağ

6 Oktyabr 2023, 21:58

Xocalının daha bir kəndində kultivasiya üsulu ilə yetişdirilən çətənə plantasiyası aşkarlanıb.

 

Modern.az xəbər verir ki, Xocalının Təzəbinə kəndindən sonra Ballıca kəndinin ərazisində də çətənə plantasiyası aşkarlanıb. Erməni separatçıları 5 hektarlıq ərazidə narkotik yetişdirilməsi ilə məşğul olublar.

 

Qeyd edək ki, bundan öncə Xocalı hava limanının yaxınlığında 100 hektarlıq ərazidə, həmçinin Xocalının Təzəbinə və Ağdamın Sırxavənd kəndlərində hər birində 10 hektara yaxın ərazidə kultivasiya üsulu ilə yetişdirilən çətənə kolu plantasiyaları aşkarlanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var