Modern.az

Xudafərin körpüsünün azad olunmasının ÜÇÜNCÜ İLİ

Xudafərin körpüsünün azad olunmasının ÜÇÜNCÜ İLİ

18 Oktyabr 2023, 00:15

Oktyabrın 18-i Cəbrayıl rayonunda yerləşən qədim Xudafərin körpüsünün və ətraf ərazilərin Ermənistan silahlı qüvvələrinin işğalından azad edildiyi gündür.

 

Modern.az xəbər verir ki, Azərbaycan-İran sərhədində, Araz çayının üzərində yerləşən körpünün erməni işğalçılarından təmizlənməsindən 3 il ötür.

 

2020-ci ilin oktyabrın 18-də Xudafərin körpüsü ilə yanaşı, Cəbrayıl rayonunun daha iki yaşayış məntəqəsi - Hacılı kəndi və Hacı İsaqlı kəndi işğalçılardan azad edilib.

 

Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra – 2020-ci ilin noyabr ayının 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonunda olublar. Prezident Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını ucaldıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat