Modern.az

Qondarma eks-məmurlar \"nümayəndəliy\"in binasına soxuldu: Maaşımızı verin! - VİDEO

Qondarma eks-məmurlar \

20 Oktyabr 2023, 11:36

Ləğv edilmiş Qarabağ separatçılarının qondarma rejiminin "dövlət qurumları"nda çalışmış "məmurlar" artıq dırnaqarası da mövcud olmayan oyuncaq quruluşun İrəvandakı "nümayəndəliy"inə soxulublar.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, onlar əvvəlcə binanın qarşısında etiraz aksiyası keçiriblər.

 

Onlar "dövlət işçiləri"nin maaşlarının ödənilməsinin dayandırılmasına etiraz ediblər. Məlumata görə, "nümayəndəlik" binasında separatçı rejimin özünü buraxması barədə qərar vermiş son "prezident" Samvel Şahramanyan da var.

 

Qeyd edək ki, 19-20 sentyabr tarixlərində keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra - 28 sentyabrda qondarma qurum özünü buraxmalı olub.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat