Modern.az

Ermənilər Kəlbəcəri yenidən atəşə tutdular

Ermənilər Kəlbəcəri yenidən atəşə tutdular

Qarabağ

24 Fevral 2024, 16:15

Kəlbəcər istiqamətində mövqelərimiz yenidən atəşə tutulub.

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, fevralın 24-ü saat 12:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

Sizə yeni x var
Keçid et
İrana RƏSMİ XƏBƏRDARLIQ - Türkiyə müharibəyə qoşulur?