Modern.az

33 yaşımda çıxmışdım, 65 yaşımda doğma kəndimə qayıdıram...

33 yaşımda çıxmışdım, 65 yaşımda doğma kəndimə qayıdıram...

22 Avqust 2025, 08:49

Ağdam rayonunun Xıdırlı kəndindən məcburi köçkün düşəndə mənim 33 yaşım var idi. Çox xoşbəxtəm ki, 65 yaşımdan öz doğma kəndimə qayıdıram. Bu sevinci bizə yaşatdığı üçün Prezident İlham Əliyevə öz minnətdarlığımızı bildiririk, uzun ömür, cansağlığı arzulayırıq. Torpaqlarımızın azad olunmasında əvəzsiz zəhməti olan şəhidlərə Allahdan rəhmət, yaralananlara cansağlığı diləyirik.

Modern.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Ağdam rayonunun Xıdırlı kəndinə köçən keçmiş məcburi köçkün Aybəniz Baxşəliyeva söyləyib.

Yenidən doğulub boya-başa çatdığı kəndə qayıtmağın ona olduqca sevincli anlar yaşatdığını deyən keçmiş məcburi köçkün əlavə edib: "Kəndimizin inkişafı üçün əlimizdən gələn heç nəyi əsirgəməyəcəyik. Əvvəlki kimi həyatımıza davam edəcəyik".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hafiz Hacıyev CANLIDA skandal adlar çəkir - Bu şəxslər həbs olunacaq