Xankəndi şəhərində Zəfərin 5 illiyi münasibətilə möhtəşəm konsert proqramı təşkil olunacaq.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən konsert, noyabrın 8-də axşam saat 18:00-da şəhərin Zəfər meydanında baş tutacaq. Artıq konsertlə bağlı hazırlıq işlərinə start verilib.
Meydanda səhnə, küçə və prospektlərdə isə zəfər ruhunu əks etdirən kompozisiyalar, işıqlandırmalar quraşdırılır. Şəhər bayram ab-havasına bürünüb.
Zəfər konsertində tanınmış ifaçılar, incəsənət xadimləri çıxış edəcək, vətənpərvərlik ruhunda mahnılar səslənəcək. Tədbirin sonunda isə atəşfəşanlıqla Zəfərin 5 illiyi qeyd olunacaq.