Modern.az

O vaxt 15 yaşım vardı, indi övladlarımla qayıdıram - Ağalı sakini

O vaxt 15 yaşım vardı, indi övladlarımla qayıdıram - Ağalı sakini

Qarabağ

14 Noyabr 2025, 08:33

Obamıza qayıdırıq, çox sevinirik. Bu, həqiqətən bizim üçün sevincli və gözəl gündür. Yurduna qayıdan hər kəsi təbrik edirəm. Gözləri aydın olsun. Hamı xeyirli-uğurlu yola çıxıb evlərinə sağ-salamat çatsın, evlərində xoş günlərlə yaşasınlar.

 

Modern.az xəbər verir ki, bu sözləri Zəngilan rayonunun Ağalı kəndinə qayıdan Vəsilə Mirzəyeva deyib.

 

O bildirib ki, hələ uşaqlıq illərində yurdundan didərgin düşüb.

 

"Biz 30 il əvvəl məcburi köçkün düşdük. O vaxt mənim 15 yaşım var idi. İndi isə öz övladlarımla birlikdə geri qayıdıram", - deyə Ağalı sakini vurğulayıb.

 

V.Mirzəyeva, həmçinin belə bir şəraiti yaratdığına görə Prezident İlham Əliyevə təşəkkür edib, şəhidlərə Allahdan rəhmət, qazilərə cansağlığı arzulayıb. (Mənbə: Azərtac)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyənin daha bir tayyarəsi qəzaya düşdü - ŞƏHİD VAR!