Modern.az

Şuşakənd və Xanyurdu kəndlərinə köçənlərə mənzillərin açarları verildi - FOTO 

Şuşakənd və Xanyurdu kəndlərinə köçənlərə mənzillərin açarları verildi - FOTO 

Qarabağ

14 Noyabr 2025, 13:14

Noyabrın 14-də növbəti köç karvanı Xocalı rayonunun Şuşakənd və Xanyurdu kəndlərinə çatıb. Doğma yurda qayıdan ailələr bərpa edilmiş evlərinin açarlarını təhvil alaraq məskunlaşıblar.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata əsasən, bu mərhələdə Şuşakəndə 55 nəfərdən ibarət 19 ailə, Xanyurdu kəndinə isə 12 ailə yəni 34 nəfər köçürülüb.

Köçürülən ailələr uzun illər respublikanın müxtəlif bölgələrində əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış vətəndaşlardan ibarətdir.

Şuşakənd və Xanyurduya qayıdan sakinlərə mənzillərin açarlarının təqdim edilməsi mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin icraçı direktor müavini Mahmud Əfəndiyev digər rəsmi şəxslər və kənd sakinləri iştirak ediblər.

M.Əfəndiyev çıxışında sakinləri Böyük Qayıdış proqramı çərçivəsində doğma torpaqlarına qayıtmaları münasibətilə təbrik edib.

O, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinin sürətlə aparıldığını, kəndlərdə bütün zəruri sosial infrastrukturun yol, su, işıq, qaz və digər kommunal xidmətlərin tam şəkildə təmin olunduğunu bildirib.

Sakinlər isə doğma ocaqlarına qayıtmağın sevincini bölüşüblər.

Beləliklə bu gün də daxil olmaqla Xanyurdu kəndinə 340 nəfərdən ibarət 99 ailə, Şuşakəndə isə 230 nəfərdən ibarət 61 ailə qayıdıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyənin daha bir tayyarəsi qəzaya düşdü - ŞƏHİD VAR!