Modern.az

Azərbaycanlılarla ermənilər Zodda kəşfiyyat işləri aparıb

Azərbaycanlılarla ermənilər Zodda kəşfiyyat işləri aparıb

Qarabağ

12 Dekabr 2025, 10:23

Azərbaycan və Ermənistan mütəxəssisləri iki ölkənin inzibati sərhədində yerləşən Zod (Söyüdlü) qızıl yatağı ətrafında ilkin texniki kəşfiyyat və tədqiqat işləri aparıb.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın ofisindən bildirilib. 

Xatırladaq ki, sözügedən texniki kəşfiyyat işləri delimitasiya prosesindən əvvəl gələn və sərhəd layihəsini hazırlamaq üçün faktiki coğrafi şəraiti öyrənməyə xidmət edən ilkin texniki addımdır. Zod qızıl mədəni Azərbaycanın Kəlbəcər və Ermənistanın Vardenis rayonlarının ərazisində yerləşir. 2020-ci ildə 44 günlük müharibəsindən sonra Azərbaycan və Ermənistan arasında 10 noyabr bəyanatı və Kəlbəcər rayonunun Azərbaycana qaytarılması nəticəsində, SSRİ-dövrü inzibati sərhədlər əsas götürülərək yatağın bir hissəsi, o cümlədən mədən infrastrukturlarının müəyyən hissələri Azərbaycana qaytarılıb. 

Azərbaycanın milil dağ-mədən şirkəti “AzerGold” QSC 2025-ci ilin avqust ayından Zod qızıl yatağının Azərbaycana aid hissəsində genişmiqyaslı geoloji tədqiqatlara başlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Zelenskidən KRİTİK AÇIQLAMA! Qərarı onlar verəcək - Vəzifədən gedir?