Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu işğaldan azad edilmiş ərazilərə qayıdan əhalinin yeni yaşayış şəraitinə adaptasiyası və dayanıqlı icmaların qurulması məqsədilə irimiqyaslı tender elan edib.
Bu istiqamətdə görüləcək işlər üçün ayrılan məbləğ 2.817.663 AZN-dir.
Modern.az xəbər verir ki, fond tərəfindən elan olunan yeni müsabiqə "Böyük Qayıdış" proqramı çərçivəsində əhalinin məskunlaşmasını və sosial rifahını təmin etmək üçün nəzərdə tutulub. Layihənin əsas məqsədi ərazilərdə dayanıqlı icmalar yaratmaq və sakinləri gəlirgətirən fəaliyyətlərə cəlb etməklə onların iqtisadi müstəqilliyini təmin etməkdir.
Müsabiqənin şərtlərinə görə, icraçı tərəf geri qayıdan əhali üçün reinteqrasiya tədbirlərini təşkil etməli, sakinlərin yeni yaşayış mühitinə uyğunlaşmasına kömək göstərməlidir.
Təkliflərin son təqdim olunma tarixi 10 fevral 2026-cı ildir.
Qeyd edək ki, bu tenderin nəticələri əsasında görüləcək işlər azad edilmiş rayonlarda yeni iş yerlərinin yaradılmasına və sosial-mədəni mühitin canlanmasına mühüm töhfə verəcəyi bildirilir.