Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin(ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilmiş ərazilərimizə köçürülmüş sakinlərin məşğulluq tədbirləri ilə əhatə olunması işlərini davam etdirir.
Modern.az-a bu barədə ƏƏSMN-dən məlumat verilib.
"Böyük Qayıdış" proqramı çərçivəsində doğma yurdlarına köçürülmüş sakinlərdən artıq 8 466 şəxsin məşğulluğu təmin edilib.
Sakinlərin məşğulluğunun təminatı üçün Agentlik tərəfindən işlə təminat, özünüməşğulluq proqramına cəlb olunma, peşə hazırlığı, əmək yarmarkalarının təşkili və sair aktiv məşğulluq tədbirləri həyata keçirilir.