Modern.az

Arazdəyən-Horadiz yolunun bərpası üçün işçi qrupu YARADILDI

Arazdəyən-Horadiz yolunun bərpası üçün işçi qrupu YARADILDI

14 Yanvar 2022, 18:40

Arazdəyən-Horadiz dəmir yolunun Ermənistan hissəsinin bərpası üzrə işçi qrupu yaradılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan qərar verib.

 

İşçi qrup Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun bərpası üzərində işləyəcək və qrupun rəhbəri 3 ayda bir dəfə görülən işlər barədə Paşinyana məlumat verəcək.

 

10 nəfərdən ibarət işçi qrupuna Ermənistanın İrandakı keçmiş səfiri Artaşes Tumanyan rəhbərlik edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə