Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə Qərbi Azərbaycan mövzusunda “Bir Elin Manifesti” mövzusunda ümumrespublika hekayə müsabiqəsi keçirilir. Müsabiqəyə təqdim edilən növbəti hekayəni təqdim edirik:
1919-cu ildə Qafqazlarda rus siyasəti azərbaycanlı türkləri tərk silah etmişdi.Hər tərəfdən Azərbaycan türkləri sıxışdırılırdığı bir vaxtda Haqqıxlı sakinlərinə də böyük təhlükə vardı.Ermənilər hər tərəfdən kəndi mühasirəyə almışdılar.Çar Rusiyasının ərazisində üsyanlar davam edirdi.1918-ci ilin aprelində Azərbaycan Demokratik Cümhuriyyəti elan olunuşdu.Haqqıxlı da Qazağın ərazisi olaraq Azərbaycan Demokratik Cümhuriyyətinin
tərkibində idi.Fürsətçi ermənilər həmişə olduğu kimi silahı yığılmış Haqqıxlı camaatını hədəf götürmüşdü.Gizli saxlanılmış beş on dənə silah bu qədər sakini qorumağa çox az idi.Erməni quldurları Noylunun üstündə,Gavın üstündə mövqe tutmuşdular.Bu yerlər Haqqıxlının yaylaq yolunun üstü idi. Domba daşdan çox yuxarıda idi. Gavın üstündə mövqe tutan kiçik silahlı dəstə bir batalyonun qabağını kəsə bilərdi.Haqıxlının sakinləri məcburi olaraq 1905-ci ildəki kimi öz dogma ev-eşiklərini tərk etdilər.Bəziləri isə hələ yaylaqdan köçmədiyindən,elə oradan köçə qoşuldular.Öküz və kəl arabalarına ev əşyalarını ,körpə oğul uşağı yığmışdılar. Kəndin camaatını sözdə bolşevik olan ermənilər müşayət edirdilər. Köç Domba daşa çatdı.Burada bolşevik ermənilərdən Baqrat və Hamayak camaatı inandırmağa çalışdı ki,Karvansaray bolşevikləşib. Buradan Danarğanla Karvansaraya keçsinlər.Kəndin qabaqda gedən hissəsi onlara inanmadılar.Çatmaxanla Qaradaş tərəfə oradan da Qazağa üz tutdular.Bu yol dağ yolu olsa da Danarğan yolundan təhlükəsiz idi.Köçü kəndin silahlı adamları qoruyurdular.Köçün qabaq hissəsi Noylunun altına çatmışdı. Arxası isə Domba daşın düzündəydi.Bu zaman Gavın üstündən,Qayanın başından pulemyot və rus vintovkalarından erməni quldurları camaatı atəşə tutdular.Məmmədrazalardan Rza adlı oğlan:
-Plamyotdan atırlar –dedi.-Köpəy uşağının plamyotu da var.Daşların dalında gizlənin-deyə bağırdı.Köçü hər tərəfdən atəşə vermişdilər.Qız gəlin hərə bir tərəfə qaçdı.Kəndin kişiləri çox çətinliklə də olsa qız gəlini müdafiə edərək dağ-daşda gizlədə bildilər. Bayramlar qızı və Bayram oğlu Hasanxanın gəlini Zöhrə qucağındakı iki aylıq Allahyarı əlindən salmışdı.Qardaşı Məmməd:
-Ay Zöhrə,gədə hanı?-deyəndə Zöhrə elə bil indi ayıldı və geriyə qaçdı.Məmmədlə Rzaqulu da onun dalınca qaçdılar.Əli tüfənglilər isə Noylunun üstünə və Gava tərəf atəş açdılar.Güllə yağışı altında Rzaqulu bələkdəki Allahyarı gicitkənliyin içində tapdı. Körpəni bağrına basıb özünü elə o güllə yağışı altında geri sığındıqları daşın dalına çatdırdı. Körpə uşaqların qorxularından səsləri çıxmırdı.Ağlamırdılar da.Ermənilər adamları deyil mal heyvanı vurdular. Öküzü,kəli vurdular.Adamların yanında öz erməniləri də var idi.Öküz və kəllərin birini vururdular ki,gedə bilməsinlər.
-Ayə ay musurman,sana deyiram Danarğanla gedax. Gəlin,gəlin Karvansaray bolşevikdi. Danarğandan yola çıxaq oradan da Karvansaraya. Ara ela biz da sizing yanınızdayıq.
Bayramlardan Sarı Əli:
-İnanma,erməniyə.Qaradaşa tərəf gedək.Kəndin qabaqcıl ağsaqqallarından adamlarından olan Məmmədalı da “dönməyin,Qaradaşa aşaq” dedi.Qaradaş bolşevikdi.Kəndin cavanları əlindən silah olanlar yuxarıdakılarla atışmağa başladılar ki,camaat bir qədər aralansın. Bu zaman Məmmədalının arabasının kəllərinin ikisini də vurdular. Xanımı Yaxşı arabanın üstündən enməyərək israr etdi:
-Getmirəm,allı-güllü xalı xalçamı kimə qoyub gedirəm.
Bunu görən Məmmədalı mauzeri ona sarı çevirib:
-Gəl keç ..Yoxsa mən özüm vuracağam səni…
Beləcə çətinliklə də olsa köç Çatmaxana tərəf aşdı.Cavanlar köçü qabağa buraxıb erməni ilə atışırdılar.Bunlardan Bayramlardan,Poylu evindən,Xannıxlar,Tülübaşlı,Pirilərdən olan cavanlar aşağıda mövqe tutsalar da ermənini onları təqib etməyə imkan vermədilər.Ermənilər quşqu gözündən vuran Sarı Əlidən çəkinirdilər.Köç yavaş yavaş Noyludan ,Çatmaxandan uzaqlaşdı.Hər tərəf erməni dəstələri ilə dolu idi. Yayın istisi bir tərəfdən, ermənilərin basqısı da bir tərəfdən Haqqıxlı camaatını lap təntitmişdi.Noylunun üstündən köç ermənilərin elə bil ovcunun içindəydi.Hiyləgər erməni bu köçdə olanların silahlı olduqlarını nəzərə alıb açıq döyüşə girmirdilər. Yalnız qorxutmaqla,iki öküzdən birni vurmaqla köçdən ələ keçən bir şey saxlamağa çalışırdılar.Məkrli erməni qırğın üçün öz planını ayrı cür qurmuşdu.Sarı Əli cavanların içində yaxşı tüfəng atmağıyla seçilirdi. Camaatı arxadan qoruya qoruya Çatmaxanı aşdılar. Arxada öküzləri vurulan arabalar,yorğan döşəkləri,xalça palazları elə düzlərə səpələnmişdi. Ermənilər canavar kimi ,leşə daraşan qarğa quzğun kimi xalça palaz
daşıyırdılar. Hələ mal heyvan ,yorğan döşık üstündə dava edənləri də vardı. Çox çətinliklə erməni canavarlarından qurtulan haqqıxlılar necə olur olsun Azətbaycana çatmağa çalışırdılar.Onlarçox çətin dərəli,təpəli yollarala irəliləyirdilər.
Birdən Sarı Əli onlardan xeyli aralıdan keçən iki adamı gördü.Atını onlara tərəf sürdü.Onlar da gələn atlını görüb özlərini kolluğa vurdular. Amma Sarı Əlibir göz qırpiminda onları yaxaladı.Bu qaçanlar bir kişi yanında da bir uşaq idi. Erməniydilər. Qorxularından əsməyə başladılar. Uşağın dili söz tutmurdu.Kişi əsə-əsə dilləndi:
-Qurban olum ,axber,uşağı öldürmə. Bilirik bizimkilər sizinkilərə divan tutub. Mənim günahım yoxdu,mən kasıb adamam.Sanin atanı da taniyeram.
-Sən nə bilirsən ki,səni öldürəcəyəm?
-Mən Karvansaraylıyam,sizin millat turklar yaxşı insanlardı.
Köçdən Molla oğlu İbrahim Sarı Əlini səslədi:
-Kimdi ,ayə,onlar,ermənidimi?-Sarı Əli gördü ki,cavanlar yaxınlaşsa erməniləri öldürəcəklər.Tez onlara:
-Qaçın…vurmayacağam.Qayalığın üst tərəfinə qaçın.
Erməni uşağı və kişi özlərini kolluğa soxdular.Sarı Əli onların başının üstündən iki güllə atdı.Molla oğlu İbrahim:
- Ay qağa ,kimiydi? –deyə qışqırdı.
-Qağan ikisini də Ceyranölənin dibinə göndərdi –dedi.Palıdın dibində bir-birinə qısılan ata bala ermənilər qorxularından nəfəslərini çəkmirdilər. Gecələr düşərgə salıb qarovul qoydular,növbə ilə gözətçi dayandılar.Gündüzlər yol getdilər.Çox çətinliklə üç gündən sonar Qaradaşa çatdılar.Arabalarının çoxu,mal-qaraları düzlərdə ermənilərə qaldı. Köç gedəndə hər tərəfdən pusquya durmuş ermənilər adam vurmağa cəsarət etmirdilər. İmkan axtarırdılar ki, təklənən ,dalda qalan olsa tutub aparsınlar.
Köç yavaş-yavaş uzaqlaşırdı.Bu arada mal heyvandan çox uşağı qızı gəlini müdafiə edirdilər.
Kərmilli gəlini Xublar görür oğlu Qasım gələnlər arasında yoxdu.Ondan bundan soruşdu.Dedilər arxadadı gəlir.Köç Qaradaşa çatanda Xüblar çox narahat olur ki,bu uşaq harda qaldı.Əlindəki dəyənəyi çiyninə alıb geri Qasımı axtarmağa geri dönür.Arada bir “ay Qasım“deyə çağırır da. Amma səsinə səs verən olmur. Xubların ürəyi az qala ağzından çıxacaqdı.Bir Qasımı var onu da itirib. Bir də görür ki,bunların sarı cöngəsinin və Sürməli inəyinin qabağını bir yekəpər erməni kəsib yolun altında dayanan ermənilərə tərəf sürmək istəyir. Başılovlu erməninin üstünə yeriyir:
-Ayə köpəkoğlu,inəyi hara aparırsan? –qarşıdakı yala çıxır görür ki,Qasımı dörd erməni mühasirəyə alıb mal heyvan qarışıq aparmaq istəyir.Xublar:
-Ayə köpəkoğlu,erməni mən ölmüşəmmi mənim Qasımımı aparasan?
Çatan kimi içlərində ən hündürünün təpəsinə əlindəki dəyənəklə elə vurur ki,erməni yerə yıxılır.Bir iki o birilərə də vurub malı da oğlu Qasımı da erməninin əlindən alıb köçə çatdırır.. Onda Qasımın on beş yaşı vardı.Bu o Xublar idi ki canavarın əlindən cöngəni almışdı və daşla boğazını kəsib murdar olmağa qoymamışdı.
Köçü Qaradaşda bolşeviklər qarşılayıb onlara kömək etdi.Amma erməni kommunistlərə də inanmaq olmurdu. Kommunist adında hər cür adam vardı. Çoxu elə daşnak idi.Üzdə bir şey edə bilmirdi. Məşvərət edib belə nəticəyə gəldilər ki,haqqıxlıları burada saxlaya bilməyəcəklər.Əslində fürsətçi erməni türkləri uzaqlaşdırmaq üçün yaxşı imkan tapmışdılar.Köçü Qazax camaatı çıxıb qarşıladı.Yardıma gələn qatarda gətirilən ərzaqı N.Nərimanov göz yaşları içərisində özü payladı. Xubların əynində bir çit dondan başqa heç nə yox idi . N.Nərimanovun verdiyi bir qoşa ovuc konfeti ətəyinə tökdü.Camaatın bu hissəsini Şəkinin Səbətli kəndinə yerləşdirdilər.
Köçün qalan hissəsi məcbur olub Danarğana tərəf çevrildi.Əli hər yerdən üzülən kənd sakinləri erməni Baqratın təklifinə razı oldular.Danarğan yolu üzüaşağı meşə ilə Tiflis irəvan
yoluna çıxırdı.Can bulaqdan aşağıya artıq meşəlik başlayırdı .Meşənin içərisində böyük talalar verdı. O cümlədən də Danarğan bu talaların ən böyüyü idi.
Əsasən Ayrımlardan və Hacı evindən ibarət olan hissə Danarğana tərəf endi.Can bulağı keçəndə Baqrat ayrım evindən olan Balədəyə:
-Sizi qıracaqlar,qaç,mən sənə atmayacağam.
Köcün bu hissəsi artıq Danarğana çatırdı.Yolun kənarı fızıllıq,kol kos idi.Balaədə özünü kol-kosa verib qaçdı.Onun dalınca Baqrat o istiqamətə bir iki güllə atdı. Kol kosdan keçəndə Balədənin patron torbası düşüb itdi. Beşaçılanda cəmi beş patron vardı.Bununla heç nə etmək mümkün deyildi.Türk qanına susamış erməni quldurları dəstəni Danarğandakı qoyun tövlələrinin yanında saxladılar.Burada camaat ,qız gəlin hiss etdi ki,onları öldürəcəklər.Ağlaşma ,şivən başlamışdı.Kişilərin içində nifrət alovu yanırdı. Əli-ayağı bağlı qalmaq nə pis şey imiş.Silahsız arvad uşağın qabağında çox aciz bir duruma düşmüşdülər.Bir ikisi ermənilərdən soruşdular:
-Bizi öldürəcəksinizmi?
-Yox,niya öldirax ki…Ara göracaxsan –deyə quldurbaşı Hamayak güldü.
Qadınları və uşaqları bir yerə ayırdılar.Kişiləri isə bir yerə topladılar. Silahsız adamlar çoxu da körpə,qoca qadın idi. Körpələr qorxudan ağlayaraq analarının ətəyindən yapışmışdılar. Cavan gəlinlər isə mümkün qədər nəzərə çarpmamaq üçün üzlərini gizlətmək istəyirdilər.Kişilərdən biri qabağa yeridi:
-Ayə erməni olanda nə olar,…Biz qonşu olmuşuq,xeyir şərdə bir birimizə gedib gəlmişik. İndi bizi aldadıb burada qırmaq namərdlikdi. Belə şey etməyin.
Kişinin sözü ağzında qaldı. Cavan bir dığa rus vintovkasının qundağı ilə onun ağzından necə vurdusa ,dişləri töküldü.Ardınca da:
-Yes ku mere…deyərək söyüş söydü.
Bu durumda Bayram gördü ki,vəziyyət çox ciddidir.Bildi ki,hamını qıracaqlar.Ermənilər cavan qız gəlinlərdən Pürzəni,Nabatı,Gülbaharı,Şahzadanı,Zübeydəni,Münəvvəri camaatdan ayırıb özləri ilə aparmaq üçün bir kənara yığdılar. Bacısı Nabatdan ayrı düşən balaca Hasan:
-Mənim bacımı hara aparırsınız .-deyə qabağa atıldı.
Bu zaman erməni Nikol ona bir şapalaq vurub geri qaytardı.Hasanın yaxasından tutub içəri ,tövləyə atdı.Düz gözünün öçinə baxıb pıçıldadı:
-Türk dığası ,sani taniyeram.Sanin dadan manim balama çörak verib.Sən qaçarsan man sana atmayacağam,qorxma.Ela Navata komax eda bilmaram.Qorxma onu öldurmacaxlar.
Ayrılan qız gəlinin dəhşətli bağırtısı Danarğan dərəsini başına götürmüşdü. Göy də bu bağırtıyı eşidirdi.Amma nə fayda…
Hasan bir göz qırpımında özünü tövlənin sağ tərəfindəki gicitkan,qanqal basmış fızıllığa vurdu.Nikol onun dalınca:
-Ara,şanvorti dayan –deyib dalınca güllə atdı
Amma gülləni bir az yana atdı.Baqrat Nikolun üstünə:
- Ara ,ay dığa korsan…Hara baxırsan.-dedi.
Başını bulayıb əlini yellədi. Dönüb ermənilərə hirsləndi:
-Buraxmayın bu türk köpak uşağını.
Qalanlarını yayın günündə tövləyə doldurdular.Hamayak qabağa durub dedi:
-Ara kasin sasinizi. Ara zenit qıdri…Gluxu qdrem-Başını kəsərəm-deyə balaca oğlan uşağına tərəf gözünü ağartdı.-Bu gün sizin bayramınızdı.Biz ela isterix ki,siza bir bayram edax.Gətir o çöngənin birini kasax,Qurban bayram edin.
Hacı oğlu Məmməd:
- Ay Hamayak,bu oğul uşağın bağrını yarma.Onsuz da qorxularından ayaqüstə ölüblər.Bizimkilər sizin kəsdiyinizi yeməzlər.Qoy mən kəsim.-kənd camaatı hələ də ermənilərə inanırdılar. Çünki köçü müşayət edənlərin çoxu çaxraçlı idi. Çaxraç erməniləri ilə Haqqıxlı kəndi sözdə müqavilə bağlamışdılar. Andronikin tör-töküntüləri yolu bərəni kəsəndə
Çaxraçdan guya sözdə Haqqıxlı kənd camaatını müdafiə etməyə gəldilər.Amma elə onların içində də türk qanına susamışlar az deyildi.Hamayakda türkə böyük nifrət vardı. Bu nifrət hardan idi ? Məlum deyildi.Hamayak:
-Ay yera,bu sanin oğlundu?
Hamayak kəndi az,çox tanıyırdı.Hacı oğlu Məmmədin oğlu Gülməmmədin boynundan tutub ayı qoyunu sürükləyən kimi tövlənin arxa tərəfinə sürüklədi.:
-Bax,ay türk,indi mən kəsdiyimi yaxşı yeyərsiniz.
Elə ayaq üstdəcə xəncərini Gülməmmədin boğazına çəkdi.Bunu nə bədbəxt Gülməmməd ,nə də atası gözləmirdi.Bir anda tövlənin ətrafındakı adam boyu qalxmış gicitkanlar al qırmızı qana boyandı.Hacı oğlu Məmmədin gözü qaraldı və tir tap yerə gəldi. Sanki dağ uçdu .Bir evin,bir ocağın işığı söndü. Hacı oğlu Məmmədin ürəyi partlamışdı.Çarxaçlı Baqrat:
-O leşi fızıllığa soxun.Canavarlara yem olsun.Ara,bu dığanı doğrayın basın qazana .Bu gün onların bayramıdı.Qazanı gətirin.
Hələ can üstdə olan Gülməmmədin əlini və qolunu kəsməyə başladı.Cavan bir erməni dğası gözü kəlləsinə çıxmış vəziyyətdə onun nə etdiyini seyr edirdi. Dığanın dili tutulmuşdu.Hamayakın səsi onu ayıltdı:
-Du daşnakes,Hay dğayes,madağ.-sən daşnaksan,sən erməni oğlusan-sonra dönüb tövləyə doldurulmuş türklərə səsləndi:
-Ara,siz ela bilirsiniz ermani olmaq ela bela işdır.
Sonra dönüb dığaya:
-Get o haravadan bi qab,qazan gatir. Bax gör bir parç da varmı?
Dığa ayaq üstdə qurumuşdu. Baqrat arabadan qab qacaq və su içmək üçün bir parç gətirdi. Hamayak Baqratın gətirdiyi parçı alıb Baqratın hələ tam ölməmiş doğradığı bədbəxt gəncin ,bu gün türk olduğu üçün öldürülən gəncin qanını parça yığdı və yarıya qədərini bir nəfəsə içdi. Qalanını isə ayaq üstdə donub qalmış cavan dığaya uzatdı:
-Al iç asil türk qanıdı.
Bunu o türkcə dedi. Türkcə dedi ki,içəridəkilər Hacı Məmmədin və oğlunun öldürüldüyünü bilsinlər.İçəridə vay şivən daha da artdı. Cavan dığa isə elə bil ölmüşdü. Hamayak qandan onun üzünə çırpdı. Dığa səksənib özünə gəldi. Hamayakın vəhşi gülüşü vay şivənin səsini batırdı.
Qazan odun üstündə qaynayırdı.Ermənilər isə elə bil heç nə olmamış kimi söhbət edir . Deyib gülürdülər. Bayramın içində isə od alov yanırdı.Onun gözü bu burnu cırıq,qara heybətli insandan çox adamyeyənə oxşayan Hamayaka zillənmişdi.Dişi ilə didərdi bu insan geyimli insan cəlladını.Buradan qaçmağın mümkünsüzlüyünü başa düşürdü.Hər bir imkansızlıqda bir imkan axtaran Bayram qapının cəftəsini necə qaldırmağı və hansı sürətlə Hasanın dalınca qaçmağı fikrində hesablamışdı.Elə etməli idi ki,qaça bilsin.Bu zaman saçı xınalı Pürzənin yanından bir cavan qız yanındakılara,”mən qaçacağam”. Gəlinlər “vuracaqlar” dedilər.”Qoy vursunlar,mən özümü onlara verməyəcəyəm”deyib bir anda meşəyə tərəf götürüldü.Baqratın tüfəngindən açılan güllə kürəyindən dəyib sinəsindən çıxdı,qızın dizləri qatlandı və ağzı üstə otluğa yıxıldı Həyatın sevincini ,fərəhini yaşamadan ölümünü yaşadı.Sinəsindən və ağzından axan al qırmızı qan otları,çiçəkləri suladı.Hamayak:
-Qaçmaq istəyən varmı?-deyə vəhşicəsinə güldü.
İçəridən bir anlığa səs kəsildi. Nə baş verdiyini biləndən sonra içəridən qiyyə ,ah nalə göyə yüksəldi. Artıq üç nəfəri öldürmüşdülər.
Tövlənin ağzında durmuş Hamayak Baqrata tərəf:
-Bu türklərin səsi mənim baş beynimi apardı.
-Çe ara axber can ,inçes asum-Yox ara,qardaş,nə deyirsən. Çox gözəldi. Mənim ruhum təzələnir.Türk ah naləsi ağlaması mənim üçün ən gözəl musiqidi eli-deyib güldü.
Hamayak da güldü. Bundan istifadə edən Bayram ovcundakı külü Hamayakın və o biri erməninin gözünə atdı və cəftəni ildırım sürətiylə açıb özünü qarşıdakı meşəyə verdi. Baqratın
onun arxasınca atdığı güllənin səsi Hamayakın bağırtı səsini batırdı.Güllə Bayramın baldırından tutmuşdu. Düşdüyü vəziyyətdə insan bəzən olduğundan artıq olur.Haradansa ağlına gəldi ki tez ağaca çıxmaq lazımdı. Ağaca çıxdı.İki erməni onun dalınca qaçdı .Nə qədər axtarsalar da tapa bilmədilər. Elə bil adam quş olub uçmuşdu. Onların ağlına da gəlməzdi ki,axtardıqları adam elə başlarının üstündə vələs ağacının yarpaqları arasında gizlənib.
Hamayakın vəhşi bağırtısı ətrafı başına götürmüşdü.Su gətirdilər . Gözünü yudu . Bu arada yenə qaçmaq istəyən oldu .Hamayak içəridən yeddi yaşlı bir körpə uşağı çıxarıb elə qapının ağzındaca güllələdi.Bu Hacı evindən olan Dostumalı adında bir oğlan uşağıydı. O uşaq bilmədi ki,onu niyə öldürdülər.Hamayak :
-Ara,gətir o bombanı,bunları partladacam.
Baqrat:
-Hamayak can,bi rubbe qayni.-Hamayak bir dəqiqə dayan,Bu gözəl qadınları buradan uzaqıaşdıraq,sonra.
Ayırdıqları qadınları qoyun-quzunu sürən kimi meşəyə tərəf apardılar. Beş altı erməni qulduru əlində tüfənglərini elə tutmuşdular ki,elə bil ən təhlükəli əsgərləri əsir aparırdılar.İndiyə kimi susan çaxraçlı Muses dilləndi:
-Bu uşaqları ayıraq.
Əlini uzadıb Tellinin qolundan tutdu və anasından ayırmağa çalışdı. Gülbahar ciyərparasını özünə bərk-bərk sıxmışdı:
-Vermərəm ,erməni kopayoğu. Balamı vermərəm-Xeyli dartışdıqdan sonra qızı anasından ayırdılar. Tellidən qopan qışqırıq hamının qanını dondurdu..Sonralar Bayram kişi deyirdi,o səs hələ də qulağımdadı.O aparılan qadın-qızlardan heç bir xəbər olmadı.Yalnız balaca Telli uşaq evinə verilmişdi.İrəvanda uşaq evinə verilən Telli sonralar tapılır.Ailə qurur,oğul uşaq sahibi olur.Amma anasından bir xəbər ala bilmir. Yaddaşında ermənilərin dediyi bir söz qalır:-ananı amerkanlar apardı-nə dərəcədə qoğrudur bu söhbət ,məlum deyil.
Hamayak damın üstünə çıxıb vaxtilə Nikolay Sergeyeviçdən aldıqları bombanı quraşdırdı.O zaman bombadan başı çıxan çar ordusunda qulluq edən əsgər və zabitlər ola bilərdi.Hamayak da çar ordusunda qulluq etmişdi.Çox ehtimal ki oradan qovulmuşdu.Tövlənin qabaq tərəfini hədəfdə saxlayıb geri çəkildilər.
Bomba partladı.Dəhşətli gurultu dərələri başına aldı.Toz duman göyə qalxdı.
Tövlədəki ağlamaq səsləri kəsildi.Bir azdan toz duman çəkildi .Torpağın altında qalan ,hələ də sağ olan yaralı,ölümcül can üstündə olanların isə iniltisi gəlirdi. Baqratla Hamayak yaxınlaşıb torpağın altından çıxmaq istəyən yaralıları güllələdilər.Geri çəkilib xeyli gözlədilər.Buradan çıxa biləcək adam qalmamışdı.Hamısı həlak olmuşdu.
Ayırdıqları qadınlar isə baş verənlərin təsirindən sanki ağıllarını itirmişdilər.Şok olmuşdular.Bayram ağacın başından bütün bunların hamısını görürdü. Özünü bağırmaqdan saxlamaq üçün ağacın budağını ağzına alıb dişləri ilə o qədər sıxmışdı ki,iki dişi budaqda sancılmış qaldı.Qız gəlinin uşaq və körpələrin bağırtısı qulaqları deşirdi.Hamısının səsi bir birinə qarışmışdı.Tarix belə bir vəhşəti görməmişdi.Neron vəhşətində bəlkə belə bağırtı olmamışdı .Söz və qələm acizqalır bu vəhşiliyi ifadə etməyə….Bayramın beynində bircə fikir vardı- Sağ qalmalıyam ki,sonra bunlarınqisasını alım.Çatmaxandan Qaradaşa aşan camaatın da bu haraydan,bu qətldən xəbəri olmadı. Bayrama indi bəlli oldu ki,niyə ermənilər bu qətli uzadırdılar. Niyə camaatı üç dörd saat tövlədə saxlayandan sonra öldürdülər?Gözlədilər ki,dağ yoluyla gedənlər uzaqlaşsınlar.
Danarğan dərəsi matəmə bürünmüşdü…Göydə uçan quşların sanki bundan xəbəri yoxuydu. Heç nə olmamış kimi öz nəğmələrini oxuyurdular. Meşənin sərin mehi xoş bir rayihə yayırdı.O rayihə də elə bil ağlayırdı. Fəqət o insanlar artıq yox idi. Qətl edilmişdilər.Gunahları türk olmaq imiş.Türk olduqları üçün qətl edilmişdilər.Bu qətlə nə meşələr hayqırmadı,nə də dağlar bağırıb etiraz etmədi.Nə də göy yerə enib o körpələri bu vəhşətdən qorumadı.Şahid olan daşlar ağaclar otlar ağlayırdı …Acizliklərinə ağlayırdı... Bəs dünya? Niyə susurdu…Niyə
susurdu. Utanaraq susurdu. Ortaya çıxardığı ermənisinin vəhşiliyindənmi utanırdı.Dunya bu yırtıcılığı görür amma susur. Niyə susur? ….Dünyada insan yoxdur.
Erməniıər götürdükləri qız gəlini uzaqlaşdırıb bu cinayəti törətdilər və getdilər.Aparılan qız gəlinlərin Danarğan vəhşətindən xəbərləri olmadı. Onların taleyi barədə heç kim dəqiq bir şey bilmədi. Bir Gülbaharın qızı altı yaşlı Tellidən başqa.
Bayram çıxdığı vələs ağacından düşdü. Bud hissəsindən ayağına sancılan güllə dəhşətli ağrı verirdi.Yola çıxmaq qorxulu idi. Dərə ilə su istiqamətində hərəkət edrdi.Üç gün üç gecə meşədən yeməli otlardan yedi,yatanda isə ağaca çıxıb yataraq gəlib Güney pəyəyə çıxdı.Meşədə vəhşi heyvanlardan qorxmayan Bayram qarşısına çıxacaq adamdan qorxurdu. Beynində bircə fikir dolanırdı,sağ qalmalıdır ki,qisasını alsın.Əslində o dərə ilə Çır çıra gedib çıxmalı idi. Yenə də yurd istisi ,yurd həniri ,yurd doğmalığı onu bu qışlağa gətirdi. Meşənin içindən xeyli müşahidə etdikdən sonra əmin oldu ki,burada heç kim yoxdu. Bayramoğullarının damlarına(tövlələrinə) yaxınlaşdı. Qoyunu heç bir ay olmazdı ki,yaylağa qaldırmışdılar.Tövlədən qabaqda bir olacaq-müvəqqəti yaşayış yeri vardı . Bayram ora olacağa girdi. İçəridən baldırını sarımağa bir qədər əski,tapdı.Güllə dəyən yer artıq hovlanırdı.Gülləni çıxarmaq lazım idi. Belə getsəydi o yeriyə bilməyəcəkdi.Əmrahın burada gizlətdiyi yaman günün yarağı bir şeylər olmalı idi.Otağı diqqətlə araşdırdı və küncdə dikinə qoyulmuş kürək qırığı diqqətini cəlb etdi. Kürəyi götürdü.Divarı,küncü,yeri əliylə yoxladı .Divardan iki daşı sivirib çıxardı vıə oradan bir sərnicdən balaca qab tapdı . Qabı çəkib çıxardı . Qabın ağzı dəri ilə səllənmişdi.Sələni açdı.Yağ idi.Ocağı qalamaq lazım idi.Yurd yeri adama güc verir. Özünü olduğundan daha da güclü hesab edirsən.Bayram həmin yeri bir də aradı,axtardı. Əmrah bura yenə bir şey qoya bilərdi.ikinci üçüncü daşı çıxaranda əlinə soyuq bir şey dəydi. Xəncər idi.Bir qədər eşdi.Əskiyə bükülü bir şey də tapdı. Bu tapança idi. Yanında da otuz beş dənə patron vardı. Bayram dərindən nəfəs aldı.Deməli silahı varsa,çox şey edə bilər.Köhnə ocaq yerində qalan sönmüş kösövləri baş başa qoyub çaxmaq-qovla yandırdı.Sacayağını odun üstünə qoydu. Divarda asılmış tavanı sacayağının üstünə qoydu və yarıya qədər yağla doldurdu. Yağ əriməyə başladı.Xəncəri odda hərlədikdən sonra şalvarının balağını yuxarı çəkdi,çarığını çıxardı,corabını aşağı çəkdi. Küncdə bir çomaq parçası atılıb qalmışdı . Onu götürdü.Qapının arasına salıb sındırdı. Xəncəri bir də odun üstündə gəzdirdi.Sındırdığı ağacı ağzına alıb dişləriylə sıxdı. Ağacın budağında qalan dişlərinin yeri indi ağrıdı.Xəncərin ucu ilə güllə girən yeri yardı.Ağrının şiddətindən az qala huşu başından çıxacaqdı.Baldırından axan qan dabanına çatdı.Ağrı şiddətli olsa da iki üç dəfə qurdalayaraq rus vintovkasının gülləsini baldırından çıxara bildi.Ayağı dincəldi.Gülləni cibinə qoydu.Yaranın yerinə ərinmiş yağ tökdü. Barmağı ilə yaranın içinə doldurdu yağı. Nəhayət ki,ağzından çomaq parçasını buraxdı və arxası üstdə elə torpağa uzandı.Xəncəri və tapançanı yanına qoydu.Axşama az qalırdı.Bir qədər uzanıqlı qaldı. Burada qalmaq təhlükəli idi.Ocaq da yandırmışdı.Gecəni burada gecələməli idi. Tapançanı xəncəri götürüb tövlənin arxa tətrəfinə keçdi . Lap arxada baca o qədər nəzərə çarpmırdı və burada quzuların kərəskəsi vardı.Əlinə keçənlərdən altına sərdi və uzanıb səhərə kimi yatdı.Sabahı durub üzü Qazağa tərəf yol aldı .Kol kosla gedən Bayram artıq rahat yeriyirdi. Bu minvalla axşama gəlib Talakəndə çıxdı..Amma kəndə yaxınlaşmamışdan qabaq xəncəri də ,tapançanı da meşənin içindəki qayalıqda bir daşın oyuğunda gizlətdi.Talakənddə tanıdığı erməni meşəbəyinin qapısını döyməli oldu.Bayramı qapıda görən erməni qurudu qaldı:
-Bayram can hardan galersan. Bu na gundu? Sana nolub ela?
-Evə götür,danışaram.
-Ara tez keç ela. Göran olmasın.
Bayram evə daxil oldu. Erməni ona:
- Ara Bayram can,sana gora mani da öldüracaxlar. İnç aneq ara.
Erməninin arvadı göz qaşla işarə elədi ki,gedib xəbər elə.Meşəbəyi isə başını buladı:
-Axçi,bu dəqiqə bilsələr,məni də onun yanında güllələyəcək bu daşnaklar.Ağılla hərəkət etmək lazımdır.Sən buna bir paltar zad ver. Bir də yemək filan ver.Gedim görüm Samvelə deyim,o əsirləri dəyişir.- deyib getdi.
Erməninin arvadı bayaqdan qonağa göz qoyurdu.O Bayrama paltar verdi.Yarasını sarıdı.Evin o tərəf bu tərəfinə baxdı. Heç kim yox idi. Amma qonaq çox pis vəziyyətdə idi.Yazıq yazıq baxıb heyfsiləndi.
Meşəbəyi öz canının qorxusundan onun evinə pənah gətirmiş adamı sağ salamat Qazağa keçirməli idi.Samvel Xaçiklə türklərlə danışıqdan gəlirdilər. Onlar elə kəndin içində qarşılaşdılar.Meşəbəyi:
-Barev cez,dığaner. Vonçez?.Salam,oğlanlar,necəsiniz?-
Hal əhval tutduqdan sonra onlara məsələni anlatdı
Samvel:
-Ay dığa,danışmışam axı on iki adama on iki adam var.Səninkini neyləyim?
-Ara,A yera dasnı erqu ,dasnı ireq ,inç darberutsyun?-On iki ya on üç,nə farqi var.Deki,türkların xoşuna galsin eli.Yena da dayişanda yaxşi olsin.-Samvel Xaçikə baxdı.
-Ara inç darberutsyun.ara na farqi var, onuç ela…-beləcə Bayram onüçüncü adam kimi erməni əsirlərlə dəyişdirilərək Azərbaycana keçdi.
Haqqıxlı camaatı Qazağa,oradan da Akstafaya gəlib çıxmışdı.Dilican dərəsindən ,Qaraqoyunludan yurd yuvalarından didərgin salınanların,gunahı yalnız türk olmaqlarıydı.Körpə uşaqları isti,yorğunluq üzmüşdü.Bir körpə ağlayaraq anasına:
-Evimizə gedək.Evimizə istəyirəm-deyirdi.
Bağqa birisi isə anasından körəməz istəyərək ağlayırdı.
Amma burada körəməzi haradn alsınlar. İnək yox südü qatığı olsun.Zöhrə isə bir kənara çəkilib bir neçə gəlinin əhatəsində Allahyarı əmizdirirdi.Hamının üzündən üzgünlük ,yorğunluq yağırdı.Kişilər özlərini günahkar sayırdılar.Bir birinin üzünə baxmağa cəsarət etmirdilər.Bakıdan gələn yardım qatarı yavaş yavaş Akstafa stansiyasına yaxınlaşırdı.Haqqıxlılar da dəmiryol stansiyasında düzlərə səpələnmişdilər. Hökümətdən yardım,kömək gözləyirdilər.Qazaxdan,kəndlərindən nə qədər adam qaçqınlara köməyə gəlmişdilər.Amma camaat hələ hökuməti gözləyirdi.Qatar stansiyaya daxil oldu. Qatarın fısıltısı camaatın səs küyünə qarışdı.Yorğun yorğun dayandı.Camaat qatara yaxınlaşdı.Parovozun arxasına qoşulmuş qatardan şıq geyimli cavan bir kişi çıxdı.Bir anlığa dayandı və cəld hərəkətlə qatarın üstünə çıxdı.Bu doktor N. Nərimanov idi.Nərimanov əlini qaldırdı. Hamı susdu və diqqət kəsildi.Doktor Nərimanov:
-Yoldaşlar,..mənim əziz millətim,..sizinlə bu cür görüşməyim mənim ürəyimi yandırır. Düşmən məkrlidi,hiyləgərdi. Onların arxasında xarici kəşfiyyat və proletar fəhlə kəndli hökumətinin qurulmasını istəməyən qüvvələr durur.Bizim fəhlə kəndli partiyamız hər zaman sizin yanınazdadı. Bu gün bu zülümlərdən bizi bu partiya,Kommunist partiyası çıxaracaqdı. Mən xalqlar dostluğuna inanıram. O daşnaklar tapılacaq və cəzalarına çatacaq. Sizlər də öz ev eşiyinizə dönəcəksinizİndi isə mənim əziz xalqım,millətim,sizləri yaşadığınız kəndlərinizə uyğun yerlərə yerləşmənizə kömək edəcəyik.Haqqıxlı kəndinin necə məskunlaşması hamımıza bəllidir.O kənddə Qazağın yaylaq torpaqlarına ermənilərin köçürülmə məsələsi Sarı Yusuf oğlu tərəfindən təqdirə layiq bir addımla torpaqlarımıza sahib çıxa bildik.Mən təəssüf edirəm ki,biz sizinlə birgə oranı saxlaya bilmədik-dedi və doluxsundu.Sonra camaata yardımın dağıdılmasını göstəriş verdi. Öz əlləriylə yanağından axan göz yaşlarını silməyi belə unudaraq cavan oğlan qızlara.körpələrə konfet payladı.Konfetin şirin dadından çox onun Bakıdan gəlməsi ,Çörəyin,yeməyin -ərzaqın ,geyim əşyalarının Azərbaycandan gəlməsi bu insanları ruhlandırırdı. Bu onların tək olmadığını göstərdi. Uşaqların üzü güldü. Ağızlarının yanından şirin konfet ağız suyuna qarışıb çənələrinə axırdı.Bunları görən doktor Nərimanın da yanağında göz yaşları təbəssümdə,gülüşdə dondu.Bir nəfər yaxınlaşıb əlindəki yaylıqla
doktorun göz yaşlarını sildi və boynunu qucaqladı.Bir az belə qaldılar. Doktor qəddini bir az da düzəltdi və ciddi məğrur görkəm aldı:
-Qardaşlar,bacılar.Əziz xalqım,bu qardaşımız-Fəxrəddin Nuxadan gəlib.Haqqıxlı camaatına sahib çıxmaq istəyir.Haqqıxlıları Nuxanın Baş Göyünük kəndinə dəvət edir.Hamıya yardım ediləcəkdir.İndi Haqqıxlının ağsaqqalları yaxınlaşsınlar. Molla Sadıq,Məmmədalı,Bayramlıdan Məmməd,Kərmillidən Alırza,Söyünnü,Göybaşlılardan,Vəli evindən,Yahyalardan ,tatlardan bir neçə kişi N.Nərimanova yaxınlaşdılar.Bir qədər söhbət etilər .Köçün necə getməsi,camaatı necə sağ salamat aparmağı müzakirə etdilər. Haqqıxlılar dedilər ki, biz hələ buradan tərpənə bilmərik.Doktor Nərimanov:
-Niyə.Nə olub ki?
-Bizim camaatın yarısı gəlib çıxmayıb-deyə Məmmədalı dilləndi.
-Bəs necə olacaq?...Neyləyək?Bakıya işləməyə gedənlərimiz də var.Onlardan da bir xəbər yoxdu.-dedilər
N.Nərimanov:
-Bəs bir yerdə gəlmirdinizmi?...
-Yox,yoldaş Nərimanov.Bir hissəmiz ayrılıb kəsə yolla gəldiılər. Onlar gəlib çıxmayıb-dedi Məmmədalı.N.Nərimanov:
-Camaatınızı dəqiq yoxlayın. Bir yerə yığışın sonra gedin Nuxaya.
Bu zaman səs yayıldı ki,ermənilər bizimlə dəyişdirdikləri adamların içərisində bir nəfər Haqqıxlıdan olan var.Bu Bayram idi.Bayram axsaya-axsaya gəlib yaxınlıqda dayandı.Hamı susmuşdu.Elə bil üstlərinə su ələnmişdi.Birdən hamı yerbə yerdən soruşdular:
-Ay qağa,camaat hanı?. Hacı qağam hanı,Ayə bə qız gəlin hanı?...Suallar dalbadal güllə yağışı kimi Bayramın üstünə gəlirdi.O isə bu sualların cavabını bilsə də cavab verə bilmirdi.Bir qədər eləcə dayandı və birdən əlləriylə üzünü tutub aşağı çökdü.Bir anlığa beləcə qaldı və yıxıldı.Üzünə su vurdular. Yaxasını açdılar.Hannan hana özünə gəldi zavallı.Olanları göz yaşına boğularaq danışdı və Bakıya işləməyə gedənləri soruşdu:
-Əsgər,Hacıalı,Rəhim,Məhərrəm hələ gəlib çıxmayıbmı?
-Əsgəri görən olub-dedilər.Çətinliklə də olsa bir araba silah toplayıbmış. Amma kəndə çatdıra bilməyib…
-Qağa,onlar da gəlməlidi.Kəndin çıxmağından xəbərləri yoxdu-deyə Əsgər üzünü kəndin ağsaqqallarına tutub davam elədi:
-O namərd uşağının törətdiklərindən Bakıya gedənlər xəbərsizdi.Bilmədən kəndə gedərlər birdən. Xətər yetirərlər onlara.
-Sən söylə görək,camaat hanı? Niyə tək gəlibsən?Qalanları hanı?O uşaq bir şeylər söylədi,o qədər inanmadıq. Dedi ki,camaatı Danarğanda dama doldurub qırdılar.Sən bir ağıllı başlı danış görək noolub?
-Nə olacaq ki? Hamısını Danarğandakı dama-tövləyə doldurub qırdılar.Bomba ilə partlatdılar.Sağ adam qalmazdı.Səsləri indi də qulağımdan getmir.
Bakıdan gələnlər də gəlib çıxdılar. Onlar hələ Tovuzda ikən kəndin zorla çıxarıldığını eşitmişdilər. Qazax və Akstafa camaatı Qərbi Azərbaycandan gələnləri bölüşüb evlərinə apardılar. Qərara alındı ki,üç gün oğul uşaq dincəlsin və yola hazırlaşsınlar.İki gün burada qalan Haqqıxlı camaatı Nuxaya yola hazırlaşdılar.İki-üç ailə birləşib bir arabalara olan qalan pal-paltarlarını,körpə uşaqları,qız gəlini toparlayıb yola çıxdılar. Bu ərəfədə Bayramla Əsgər camaatla getməkdən imtina etdilər.Məmmədalı dedi ki,a kişilər,burada qalmağın mənası yoxdu,camaatla getmək lazımdı.Əsgər dedi:
-A qağa ,başına dönüm,mənim kimim qaldı,kimnən gedim?. Mən kəndə qayıdıram.
-Başına atmı təpib? Kənddə nə qaldı ki? –deyə Bodur Alı da söhbətə qarışdı.
-Əmrah qağamın amanatını Güneypəyədən götürmüşəm.Gizlətmişəm.O amanatın dalınca qayıdacağam.
-A Bayram,onun səsinə sənə çatacaqlar.Tapacaqlar.O otuz beşindən heç beşini ata bilməyəcəksən.-dedi Əmrah.
Bayram bir xeyli düşündü və dedi:
-Əmrah əmi,yanındakıynan çıxartdım ayağımdan gülləni.
-Başa düşdüm.
Anonimliyi qorumaq məqsədilə müəllifin adı qeyd edilmir.