Modern.az

Dünya ölkələri üzrə ilk evlənmə yaşı: Azərbaycan neçəncidir? - SİYAHI

Dünya ölkələri üzrə ilk evlənmə yaşı: Azərbaycan neçəncidir? - SİYAHI

Reportaj

2 Fevral 2026, 12:58

“Dünya Əhalisinin İcmalı” 2026-cı il üçün ölkələrə görə ilk evliliyin orta yaşını müəyyənləşdirib.

Modern.az xəbər verir ki, “Ən erkən evlənənlər ölkəsi” siyahısına Niger başçılıq edir - 21 yaş.

İlk “5-lik”də sonrakı yerləri bu ölkələr tutur: Liberiya (21 yaş), Tanzaniya (21.4 yaş), San-Tome və Prinsipi (21.6 yaş), Nepal (21.9 yaş).

Azərbaycan siyahıda 76-cı yerdə göstərilib. “Dünya Əhalisinin İcmalı”ndakı siyahıya görə, Azərbaycanda ilk evliliyin orta yaşı 26.1-dir. Beynəlxaq quruma görə, Azərbaycanda kişilər 28.1, qadınlar isə 24 yaşda ilk evliliyə daxil olurlar.

Siyahıda sonuncu yerə qərarlaşan İspaniya sakinləri ən gec yaşda ilk evlilyə daxil olan insanlardır – 39.8 yaş. İspaniyada kişilər 40.8 yaşda, qadınlar isə 38.8 yaşda ilk evliliklərini yaşamağa başlayırlar.

A.Qorxmaz

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır