Modern.az

Serbiya Prezidentindən qorxudan XƏBƏRDARLIQ

Serbiya Prezidentindən qorxudan XƏBƏRDARLIQ

Dünya

21 Mart 2026, 09:46

Serbiya Prezidenti Aleksandr Vuçiç Almaniyanın "Berliner Zeitung" qəzetinə verdiyi müsahibədə qlobal vəziyyətin kəskin şəkildə pisləşməsi və Üçüncü Dünya Müharibəsi riskinin artması barədə xəbərdarlıq edib.

Modern.az xəbər verir ki, Serbiya Prezidentinin sözlərinə görə, beynəlxalq hüququn artıq əvvəlki kimi fəaliyyət göstərmədiyi bir dövrə qədəm qoyulub:

"Nüvə silahları amili xüsusilə narahatlıq doğurur. Beynəlxalq institutların zəifləməsi ilə nəzarətsiz eskalasiya riski əhəmiyyətli dərəcədə artıb və bu da Üçüncü Dünya Müharibəsi ssenarisini əvvəlkindən daha real hala gətirib.

Dünya artıq dərin qarşıdurma vəziyyətindədir. Tərəflər diplomatiyaya qayıtmasalar, bu münaqişənin qlobal münaqişəyə çevrilə bilər. Dialoq və kompromislər fəlakətli nəticələrdən qaçınmağın yeganə yolu olaraq qalır".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?