Modern.az

Bayram süfrəsi 300 manata başa gəlir - REPORTAJ (VİDEO)

Bayram süfrəsi 300 manata başa gəlir - REPORTAJ (VİDEO)

Reportaj

Bu gün, 10:25

Azərbaycan xalqının qədim və zəngin mədəni irsinin ayrılmaz hissəsi olan Novruz bayramının gəlişinə artıq sayılı günlər qalır. Əsrlərin sınağından çıxaraq bu günə qədər gəlib çatan bu bahar bayramı hər il olduğu kimi ölkəmizdə böyük sevinc, coşğu və xüsusi hazırlıqla qarşılanır.

Bayramın yaxınlaşması ilə birlikdə artıq paytaxtın bazarlarında canlanma müşahidə olunur. Ailələr Novruz süfrəsini bəzəyəcək ənənəvi şirniyyatların-paxlava, qoğal, şəkərbura və digər ləzzətli təamların hazırlanması üçün lazım olan ərzaqları almağa başlayıblar. Bu səbəbdən bazarlara üz tutan insanların sayında nəzərəçarpacaq artım var.

Lakin hər il olduğu kimi, bu il də bayram alış-verişi mövzusu qiymətlər baxımından müzakirə predmetinə çevrilib. Bazarda təklif olunan məhsulların qiymətləri alıcıları qane edirmi? Novruz süfrəsi açmaq üçün çəkilən xərclərdə artım varmı?

Bu suallara aydınlıq gətirmək üçün Modern.az olaraq, paytaxtın ən işlək ticarət məkanlarından biri olan, xalq arasında "Vosmoy bazarı" kimi tanınan "8-ci kilometr bazarı"na üz tutduq. Burada həm alıcıların, həm də satıcıların fikirlərini, məhsulların çeşidi və qiyməti ilə bağlı razı və narazı olduğu məqamları elə yerindəcə öyrənməyə çalışdıq. 

Bəzi satıcılar qiymətlərin bahalaşdığını etiraf edərək, bu baxımdan alıcıların onlardan alış-veriş etməməsindən gileyləndilər. Vətəndaşlar isə ötən illə müqayisədə bu il standart bayram süfrəsi üçün çəkilməli olan xərclərin nəzərəçarpacaq dərəcədə artdığını bildirdilər.

Daha ətraflı videoreportajda:

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı