Modern.az

Murad Mirzəyevin əmanəti: “Şəhid olandan sonra saatı da dayandı...”

Murad Mirzəyevin əmanəti: “Şəhid olandan sonra saatı da dayandı...”

Reportaj

Bu gün, 14:03

Bu gün Azərbaycanın müasir tarixində mühüm iz buraxan, Qarabağın azadlığı ilə bağlı ümidlərin ilk dəfə reallaşdığı, xalqın qələbəyə inamının daha da möhkəmləndiyi Aprel döyüşlərinin 10-cu ildönümüdür. 
2016-cı ildə anladıq ki, qələbəyə gedən yol ağır və sınaqlarla dolu olsa da, Azərbaycan bu yolu keçmək əzmindədir. Həmin il Aprel döyüşlərində tarixə adını yazan qəhrəmanlarımızı tanımağa başladıq. Onlardan biri də 2 aprel döyüşlərdə şəhid olan Murad Mirzəyevdir

Modern.az saytı bu dəfə “Şəhidlərdən qalan əmanət” rubrikasını polkovnik–leytenantı, Xüsusi Təyinatlı Qüvvələrin zabiti, Aprel döyüşləri şəhidi, Milli Qəhrəman Murad Mirzəyevə həsr edir. 

Qəhrəmanımızın həyat yoldaşı Fizzə Mirzəyeva ilə Murad Mirzəyevin doğum günündə danışdıq. Onun doğum günü şəhid olmazdan 2 gün əvvəl, martın 31-i qeyd edilir. Murad Mirzəyev Milli Qəhrəman adını cəmi 40 yaşında Aprel döyüşləri zamanı göstəridiyi şücaətdən sonra layiq görülüb. Onun qəhrəmanlıq statusu isə oxuduğu illərdə, həyyat yoldaşı Fizzə xanımla ilk görüşlərdə, Türkiyədə, cəbhədə olduğu ilk gündən formalaşmağa başlamışdı. 

1510589

Məhz buna görə də Murad Mirzəyevin ən sevimli əşyalarından biri elə hərbi forması idi. Fizzə xanım həmin forma ilə bağlı fikirlərini bizimlə bölüşüb:

“Bu formanı hərbi paradda iştirak edənlər geyinirdilər. İlk görüşümüzdə də bu formada idi. Mənim üçün həm də ona görə ən əziz əşyalarından birinə çevrilib”. 

Bu formanı geyinmək Murad Mirzəyevin həm də həyatını həsr etdiyi Azərbaycana xidmətin ilk addımı idi. Bu formada ikən hərbçiyə göstərilən etimadın nişanəsi olan simvolik qılınc, xüsusi üzük alınıb.

Dəqiqliyini göstərən və hər zaman qolunda daşıdığı saatı:

“Murada Türkiyədə Quru Hərb Məktəbini bitirəndə verilən ilk hədiyyə "Casio" saatı olmuşdu, orijinal idi və bunuhəmişə qoluna taxırdı. Bu hədiyyə onun vətənə sevgisini mənə xatırladır. Çünki ilk dəfə məhz bu saatla mükafatlandırılmışdı. O da belə düşünürdü. Vətənə sadiq olduğu kimi, o saata da sadiq oldu, heç vaxt qolundan çıxarmadı. Murad saatı 90-cı ildən istifadə edirdi. Şəhid olduqdan sonra isə saat işləmədi. Amma o saatı oğlumuz istifadə etsin deyə düzəltdirmişdim, bir neçə gün çalışsa da, sonra yenə işləmədi". 

1510600

Həyatını hərbiyə bağlayan hər kəs kimi, Murad Mirzəyevin də ən çox istifadə etdiyi, yanında daşıdığı əşyalar bu sahə ilə bağlı olub. Məsələn, qaranlıqda keçirilən əməliyyatlar zamanı alına taxılan işıq, həmçinin bıçaq kimi. İndi o, ən uca zirvədəykən ailənin təskinlik tapdığı əşyalar Murad Mirzəyevin cəbhə xətlərində, əsgərlərlə birlikdə olduğu günləri xatırladır:

“Murad qaranlıqda taxdığı alın fənərini o qədər istifadə etmişdi ki, artıq qayışları qopurdu, o əşyadan hələ də onun qoxusunu ala bilirik. Hər zabit kimi bıçağı onun üçün xüsusi əşya idi. Hətta o bıçağı istifadə etmədiyi günlərdən xüsusi qablarda saxlayırdı. Bir də dağçılıq, xizəkçilik zamanı istifadə etdiyi eynək bizim birlikdə olduğumuz ən gözəl günlərdən nişanə qaldı”.

Seçilən hərbçilər içərsində yeganə azərbaycanlı:

“Bu şəklə diqqətlə baxsanız görərsiniz ki, onun Türkiyədə təhsil aldığı Quru Hərb Məktəbində örnək hərbçilərin şəkilləri yer alıb. Bu şəkil onun oxuduğu yerdə divardan aslımışdı. Şəkildəki tək azərbaycanlı o idi, bununla çox fəxr edirdi. O bu şəkli digərlərindən həmişə ayrı saxlayırdı”. 

Murad Mirzəyev dördgünlük müharibədə Talış yüksəkliyinin azad olmasında misilsiz xidmət göstərərək şəhid olub. Həmin gündən qəhrəmanı bütün Azərbaycan tanımağa başlayıb. 

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Putini BİABIR ETDİ - Moskvada gərgin anlar