Modern.az

İstirahət günündə 7 yol qəzası baş verib

İstirahət günündə 7 yol qəzası baş verib

4 Aprel 2016, 11:18

İstirahət günündə baş verən nəqliyyat hadisələrinin statistikası açıqlanıb. Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Modern.az saytına deyib ki, bazar günü ümumilikdə 7 yol-nəqliyyat hadisəsi qeydə alınıb:

“Ümumilikdə respublikada 7 hadisə baş verib, nəticədə 9 nəfər xəsarət alıb, ölüm halı qeydə alınmayıb.

Bakı şəhərində baş verən 4 hadisə zamanı 5 nəfər xəsarət alıb. Qəzalardan 2-si maneə vurma, 2-si isə piyada vurma hadisələridir”.

K.Əliyev bildirib ki, daha 3 qəza Salyanda, Bakı-Şamaxı yolunda və Ələt-Astara yolunda baş verib:

“Salyanda toqquşma hadisəsindən baş verən qəzadır ki, bu zaman 1 nəfər xəsarət alıb. Daha 1 nəfərin xəsarəti ilə nəticələnən toqquşma hadisəsi Abşeron rayonunda, Bakı-Şamaxı yolunun 33-cü kilometrliyində qeydə alınıb. Bundan başqa Ələt-Astara yolunun 211-ci kilometrliyində, Lənkəran rayonu ərazisində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib”.

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...