Modern.az

Cəbhə xəttində son vəziyyət necədir? – İcra başçıları DANIŞDI

Cəbhə xəttində son vəziyyət necədir? – İcra başçıları DANIŞDI

4 Aprel 2016, 12:55

Modern.az saytı cəbhəyanı ərazilərdə son vəziyyətlə bağlı məlumat əldə etməyə çalışıb.

Ağdamın icra başçısı Raqub Məmmədov Modern.az saytına deyib ki, bu gün rayon sakinləri hər zamankı normal yaşayışını davam etdirir:

“Dünən müəyyən mülki obyektlərə zərər dəysə də, bu gün rayonda tam sakitlik hökm sürür. İşıq və qaz xətlərinə dəyən zərər gecə ilə bərpa olunub.

Bu gün rayonda atəş atılmayıb, sakitlikdir. Bildiyimiz kimi, dünən Ağdamda bir ev, məktəb binası dağılmışdı. İnsan tələfatı yoxdur. Kənara çıxarılmış qadınlar və uşaqların 90 faizi evlərinə qayıdıb. Hələ ki, rayon əvvəlki axaraındadır”.

Tərtər rayon icra başçısı Müstəqim Məmmədov də Modern.az saytına açıqlamasında hazırda rayon ərazisində sakitlik olduğunu deyib:

“Narahatlıq üçün əsas yoxdur. Rayonda həyat normal şəkildə davam edir, artıq sakitlikdi. Axşamdan bir iki cəbhə xəttində problem var idi, ancaq tez aradan qaldırıldı. Axşam saatlarında rayonun kommunikasiya sisteminə dəyən ziyan tez bir zamanda aradan qaldırılıb.

Əhali adi həyatına davam edir, müəssisələr işləyir. Yayılmış panikalara uymaq lazım deyil. Qadınlarla uşaqlar da rayondadır, məktəb, dövlət və qeyri-dövlət müəssisələri hazırda normal şəkildə fəaliyyət göstərir”.  

Gülşən RAUFQIZI    

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...