
Çeçenistan lideri Ramzan Kadırov Suriyaya gedəcəyini bildirib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə çeçen lider öz İnstagram səhifəsində məlumat verib. Kadırov Bəşər Əsədin dəvəti ilə Dəməşqə gedəcəyini deyib.“Prezident Əsəd iki dəfə məni qonaq çağırıb. Sadəcə getməyə vaxt yox idi…. Tezliklə ora getmək istəyirəm”.
Ramzan Kadırovun sözlərinə görə sentyabrda Çeçenistanda keçiriləcək seçkilərə qədər səfər baş tutacaq.
O, bundan əvvəl yalnız bir dəfə, 2007-ci ildə Suriyada olduğunu deyib.
Vüqar İsmayılov