Modern.az

Şimali Koreyada 70 mərtəbəli göydələnlər küçəsi olacaq

 Şimali Koreyada 70 mərtəbəli göydələnlər küçəsi olacaq

4 Aprel 2016, 22:31

 

Şimali Koreya Xalq Demokratik  paytaxtında 70 mərtəbəli göydələnlərdən ibarət nümunəvi küçə tikilməsi planlaşdırılır. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, paytaxt Pxenyanda artıq təntənəli şəkildə ilk 70 mərtəbəlinin göydələnin bünövrəsi qoyulub.

Mərasimdə ölkənin müdafiə nazirinin müavini Kim Çon Qvan çıxış edib.

O, qeyd edib ki, bu fantastik memarlıq ideyası üzrə salınacaq küçə yəqin ki,  bütün dünyada qibtə mövzusu olacaq. Şimali Koreyanın rəhbəri Kim Çen In tikintini qısa müddətə - Koreya Əmək Partiyasının 7-ci qurultayına qədər başa çatdırılmasına göstəriş verib. Qurultay oktybar ayında keçirilməlidir.                                                                                                                                

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...