Modern.az

Dünyada hərbi xərclər artır - Siyahı

 Dünyada hərbi xərclər artır  - Siyahı

Təhsil

5 Aprel 2016, 21:14

 

Dünya üzrə hərbi xərclər dörd illik geriləmədən sonra yenidən yüksəlib. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, ABŞ 596 milyard dollarla ümumi hərbi xərclərin təxminən dörddə birini həyata keçirib.

2014-cü ildə ən çox pul xərcləyən ölkələr arasında 15-ci sıraya girən Türkiyə isə 2015-ci ildə ilk 15 ölkə arasında yer almayıb.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu SIPRI-nin açıqladığı hesabata görə, 2015-ci ildə dünyada hərbi məqsədli 1 trilyon 471 milyard avroluq xərc aparılıb. Bu, bir əvvəlki ilə görə 1 faizlik artım mənasına gəlir.

SIPRI-nin hesabatında böyük regional fərqlərə diqqət çəkilərək, hərbi xərclərdə ən çox artımın Şərqi Avropa və Yaxın Şərqdə baş verdiyi qeyd olunub.

Şimali Amerika və Qərbi Avropada isə hərbi xərclər yüngül geriləmə tendensiyanı 2015-ci ildə də davam etdirib. Ancaq hesabatda Qərb ölkələrinin Rusiya ilə yaşadığı gərginlik və terror təhdidi səbəbindən hərbi sərmayələri artıracağı gözləntisi də yer alıb.

O ölkələrdə artıb  

Hərbi xərclər ötən il Afrika, Latın Amerikası və Karib hövzəsində azalarkən ABŞ, Avropa, Asiya və Yaxın Şərqdə artıb. Hesabata görə, ABŞ 596 milyard dollarla ümumi hərbi xərclərin təxminən dörddə birini həyata keçirib. Bu ölkə hərbi xərclərini 7,4 faiz artırmaqla 215 milyard dollara çıxan Çin izləyib. Hərbi xərcləri 2011-ci ildən bu yana iki dəfə artaraq 87,2 milyard dollara çatan Səudiyyə Ərəbistanı üçüncü sırada yer alıb.

Bir əvvəlki il ABŞ və Çinin ardından üçüncü sırada gələn Rusiyanın hərbi xərcləri 2015-ci ildə 7,5 faiz artımla 66,4 milyard dollara yüksəlib. ABŞ əsgərlərinin geri çəkilməsi və İraq-Şam İslam Dövləti terror qruplaşmasının regionda güc qazanması üzərinə silahlı qüvvələrini yenidən quran İraqın hərbi xərcləri də 13,1 milyard dollara çıxıb. Hesabatda neft qiymətlərində 2014-cü ildən bu yana davam edən enişin neft ixrac edən ölkələrdə hərbi xərclərin aşağı düşməsi ilə nəticələndiyinə işarə edilib. Buna görə Venesuelanın hərbi xərcləri 64 faiz azalarkən, Anqolanın hərbi xərclərində 42 faiz azalma qeydə alınıb.

Bəhreyn, Bruney, Çad, Ekvador, Yəmən və Cənubi Sudanın hərbi xərcləri də aşağı düşüb. Buna qarşı hərbi xərcləri artan neft ixracatçısı ölkələr arasında Əlcəzair, Azərbaycan, Rusiya, Səudiyyə Ərəbistanı və Vyetnam yerləşir.

Digər tərəfdən, Şimali Amerika və Avropanın hərbi xərclərində 2009-ci ildən 2014-cü ilə qədər davam edən azalma, 2015-ci ildə başa çatıb. Rusiya və Ukrayna ilə sərhəd qonşusu olan Estoniya, Latviya, Litva, Polşa, Rumıniya və Slovakiyanın hərbi xərclər artıb.  

Modern.az

   
Whatsapp
Bizə yazın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...